Logo

"Türkiyə ciddi anlaşmazlıqlar yaşadığımız NATO tərəfdaşıdır" - Ağ Evin sözçüsü Bayden-Ərdoğan görüşünün detallarını açdı

"Türkiyə ciddi anlaşmazlıqlar yaşadığımız NATO tərəfdaşıdır" - Ağ Evin sözçüsü Bayden-Ərdoğan görüşünün detallarını açdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bayden-Ərdoğan görüşü qarşılıqlı diplomatiya üçün fürsət olacaq”.

Sfera.az bildirir ki, bunu Ağ Evin sözçüsü Jen Psaki jurnalistlərin suallarını cavablandırarkən deyib. O bildirib ki, ABŞ prezidenti xaricdə ilk ziyarət proqramında Türkiyə prezidenti Ərdoğanla görüşə önəm verib.

"Türkiyə konstruktiv şəkildə çalışmağa davam etməli olduğumuz, eyni zamanda ciddi anlaşılmazlıqların yaşandığı NATO tərəfdaşıdır”, - deyə Psaki bildirib.

Ağ ev sözçüsü həmçinin görüşdə hansı mövzuların müzakirə ediləcəyindən də söz açıb:

"Əminəm ki, regional təhlükəsizlik məsələlərini müzakirə edəcəklər. Eyni zamanda COVİD-19, iqtisadi məsələlər bu mövzular arasında olacaq. Görüş vaxtı yaxınlaşdıqca daha çox təfərrüata sahib olacağıq".

Qeyd edək ki, ABŞ prezidenti Cozef Bayden iyunun 14-də baş tutacaq NATO sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Günay

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR