Logo

Bayden Zelenskini Ağ Evə dəvət edəsi olmadı - Ən azı Putinlə görüşə qədər

Bayden Zelenskini Ağ Evə dəvət edəsi olmadı - Ən azı Putinlə görüşə qədər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Prezidenti administrasiyasındakı mənbə Ağ Ev rəhbərinin Rusiya-ABŞ sammitinədək Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşməyəcəyini bildirib. Xatırladaq ki, sözügedən zirvə toplantısında Baydenin Putinlə danışıqlar aparcağı gözlənilir.

Sfera.az-ın  Lenta.ru-ya istinadla məlumatına görə, bu barədə "Axios” xəbər verir.

Xəbər verildiyi kimi, Bayden ilə  Putin arasında görüş iyunun  16-da  Cenevrədə baş tutacaq. "Axios”un həmsöhbətinin sözlərinə görə, Vaşinqton həqiqətən qarşıdakı zirvə toplantısındakı danışıqlardan əvvəl Ukrayna prezidentini Ağ Evə  dəvət etmək variantını nəzərdən keçirirdi. Amma, portalın qeyd etdiyi kimi,  Zelenskinin "Naftoqaz” Dövlət Energetika Şirkətinin rəhbərliyini dəyişdirmək qərarı Ukraynanın korrupsiya ilə mübarizədən imtina etməsi kimi qəbul edildiyindən Ağ Ev administrasiyası bu görüşü irəli çəkməkdən imtina etdi.

Ukrayna prezidenti "Axios”a müsahibəsində Rusiya-Amerika sammitindən əvvəl amerikalı həmkarı ilə görüşməyə hazır olduğunu bildirib. Zelenskinin sözlərinə görə, məsləhətləşmələr üz-üzə aparılmalı idi, çünki bir çox məsələlər telefonla müzakirə edilə  bilməz.

Selcan

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR