Logo

“Öz işlərilə məşğul olsunlar, məsləhətə ehtiyacımız yoxdur” - Politoloqdan Aİ rəhbərinə sərt cavab

“Öz işlərilə məşğul olsunlar, məsləhətə ehtiyacımız yoxdur” - Politoloqdan Aİ rəhbərinə sərt cavab
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Qərb xristian təəssübküşliyini və ikili standartları rəhbər tutaraq, müharibədə məğlub olan Ermənistanı rüsvayçı vəziyyətdən xilas etməyə çalışır. Hər şey qurtarıb, müharibə bitib. Azərbaycanla Ermənistan özləri dil tapıb danışacaq”.

Bu sözləri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında tərəfləri Dağlıq Qarabağ məsələsinin tənzimlənməsi ilə bağlı danışıqları bərpa etməyə çağırmasına münasibət bildirərkən politoloq Qabil Hüseynli deyib.

Həmsöhbətimiz bildirdi ki, Aİ Şurası rəhbərinin bu çağırışı da Qərbin Minsk qrupunu yenidən dirçəltməyə çalışmasının tərkib hissəsidir: "Bu qurumun ilk tələbi isə Dağlıq Qarabağa status verilməsilə bağlıdır. Azərbaycan bunları qəbul etmir. Azərbaycan torpaqları işğal altında olanda Qərb bu qədər fəallıq nümayiş etdirmir, Ermənistanı işğalçı kimi tanımırdı”.

Q.  Hüseynli Minsk Qrupunu cinayət xarakterli əməllərdə suçladı: "Minsk Qrupu vaxtilə problemin uzanmasında cinayət xarakterli əməllərə yol verib. Ona görə də bu gün Qərbdən gələn məsləhətlərin, o cümlədən Aİ Şurası prezidentinin heç birinə qulaq asmaq lazım deyil.  Gedib öz işlərilə məşğul olsunlar”.

Rüfət SULTAN

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR