Logo

TƏBİB: Ölkədaxili uçuşlarda sərnişinlərdən götürülən yaxmalar ödənişsiz olacaq

TƏBİB: Ölkədaxili uçuşlarda sərnişinlərdən götürülən yaxmalar ödənişsiz olacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ölkədaxili uçuşlar vasitəsilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn sərnişinlərdən tibbi personal tərəfindən COVID-19-a dair PCR testlərin keçirilməsi məqsədilə yaxmalar üçün ödəniş tələb olunmur.

Sfera.az xəbər verir ki, bu barədə APA-ya sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da dəyişiklik edilməsi barədə”, 1 iyun 2021-ci il tarixli qərarına əsasən, ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR test barədə arayış tələb olunmayacaq və ölkədaxili uçuşlar vasitəsilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn sərnişinlərdən tibbi personal tərəfindən COVID-19-a dair PCR testlərin keçirilməsi məqsədilə yaxmalar götürüləcək. Ölkədaxili uçuşların sərnişinlərinin yalnız şəxsiyyət vəsiqəsinin (pasportunun) və müvafiq reys üçün biletinin mövcudluğu yoxlanılacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR