Logo

Tələbələrə imtahanlarda güzəşt ediləcəkmi? - AÇIQLAMA

Tələbələrə imtahanlarda güzəşt ediləcəkmi? - AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ali məktəblərdə distant formasında aparılan tədris başa çatıb. Artıq bütün universitetlərdə imtahan sessiyası başlayıb. Lakin bəzi tələbələr distant təhsilin zəif keçirildiyini iddia edir, buna görə də imtahanlarla bağlı müəyyən güzəştlərin olmasını istəyir, hətta diplomların ümumi orta göstəriciyə əsasən verilməsini tələb edirlər.

Bununla bağlı təhsil eksperti Elvin Bədirov Sfera.az-a açıqlamasında dərslərin distant və ya əyani keçirilməsinin smestr imtahanları üçün müəyyən güzəştlərin edilib edilməməsinə təsir edə biləcəyini deyib:

"Lakin dövlət imtahanları və diplom müdafiəsi ilə bağlı məsələlərə təsirini müəyyən etmək və güzəştlər tələb etmək, zənnimcə, ədalətli yanaşma deyil.

Ali məktəbləri başa vuran hər bir tələbə araşdırmaçı olmalı, zəhmət çəkməlidir. Təəsüfləndirici məqam odur ki, az qala hər bir tələbə qeyri-adi bir hadisə olmasa, çox rahatlıqla 4 il ərzində məzun ola bilir. Bu tələbələrimizin hamısının çox savadlı olması ilə yox, universitetlərimizdə təhsil tələblərinin olduqca aşağı olması ilə bağlıdır.

Ümumiyyətlə ölkəmizdə ali təhsilin orta göstəricisinin xeyli aşağı olması, keyfiyyətli olmaması heç kimə sirr deyil. Düşünürəm ki, dərslərin onlayn aparılması əksər ali məktəblərin təhsil göstəricilərinə təsir etməyib. Bu da həmin ali məktəblərdə verilən təhsilin özünün zəif olması ilə düz mütənasibdir”.

Müsahibimizin sözlərinə görə, peşə müəllim ixtisaslarından məzun olmağa hazırlaşan az qala hər bir tələbə müəllimlərin işə qəbulu imtahanında uğur qazanmaq üçün kurslara gedir:

"Yüksək rəqabətli təhsil olarsa, müəllim diplomu alan tələbə ordusu bu qədər kütləvi hazırlıq prosesində iştirak edərmi ? Əlbəttə, pandemiya bütün sahələrə, ən çox da təhsilə böyük zərbə vurub. Xüsusilə məktəb yaşlılarımızın təhsili bizi həyəcanlandırır. Lakin ali məktəblərlə bağlı bu düşüncədə deyiləm, əksinə, əksər tələbələr halından məmnundur, dərsə getmir, imtahanlar onlayndır və asanlıqla imtahanları verib qiymətlərini alırlar. Savadlı kadrlar isə az qala bütün istiqamətlər üzrə demək olar ki, hazırlıqlar əsasında yetişir. Bu isə təhsilimizin ən böyük paradokslarından biridir”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR