Logo

“Azərbaycanın Minsk Qrupu ilə bu mövzuda danışılacaq sözü yoxdur" - Açıqlama

“Azərbaycanın Minsk Qrupu ilə bu mövzuda danışılacaq sözü yoxdur" - Açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Həmsədrlərin yaxın gələcəkdə bölgəyə səfəri və vəziyyəti yerində müəyyənləşdirməyi, tərəflərlə yerində danışmaları çox vacibdir. Düşünürəm ki, ən yaxın zamanda bu cür imkan yaranacaq", - deyə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Sfera.az-a açıqlamasında deyib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll edib və ATƏT-in Minsk qrupunun həmsədr fəaliyyətinə ehtiyac yoxdur:

"Onlar yalnız Ermənistanı sülhə hazırlamaqla əlaqəli humanitar məsələləri həyata keçirə bilərlər. Lakin Minsk qrupu "Dağlıq Qarabağın statusu” deyib durur və erməni diversantların buraxılmasını tələb edirlər. Azərbaycan tərəfinin isə bu mövzuda onlarla danışılacaq sözü yoxdur. Sərhədlər məsələsində xüsusilə ABŞ və Fransa çox aktiv fəaliyyət göstərir. Fransa sərhəddə Azərbaycan silahlı qüvvələrinin geri çəkilməsini tələb edir. Elə Minsk qrupunun səfəri də buna hesablanıb”.

Müsahibimiz deyib ki,  Azərbaycan tərəfi birmənalı şəkildə səfərin reallaşdırılmamasına çalışmalıdır:

"Onların fəaliyyəti böhranı körükləməyə yönəlib. Bu baxımdan vəziyyətdən sui-istifadə edib, danışıqlar prosesini Ermənistanın lehinə yönəltmək istəcəyəklər. Minsk qrupunun fəaliyyəti yalnız  Ermənistanı dəstəkləmək, onlara stimul vermək və növbəti mərhələdə Ermənistanı Azərbaycana qarşı qaldırmaqdır. Bu qrupun Azərbaycan və Ermənistan arasında dövlət sərhədlərinin  delimitasiya və demarkasiya prosesinə qarışmaq hüququ yoxdur”.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR