Logo

Aİ-95 markalı benzinin bahalaşması iqtisadiyyata necə təsir edəcək? – “Ciddi fəsadları olmayacaq”

Aİ-95 markalı benzinin bahalaşması iqtisadiyyata necə təsir edəcək? – “Ciddi fəsadları olmayacaq”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Aİ-95 markalı benzinin bahalaşmasının isə təsirləri dizel və Aİ-92 kimi olacağını düşünmürəm. Bu sinifdən olan yanacaq kateqoriyası daha çox yeni model minik avtomobillərində istifadə edilir ki, bunun da istehsal prosesləri ilə bağlılığı Aİ-92 ilə müqayisə edilməz dərəcədə azdır. Buna görə də sözügedən artımın iqtisadiyyata ciddi fəsadlar verəcəyini demək olmaz".

Bunu Sfera.az-a açıqlamasında, iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.

Ekspert narahatlığa əsas olmadığını deyir: "Dizel və Aİ-92 markalı benzinin bahalaşması ölkə iqtisadiyyatı üçün daha ağrılı proses idi. Çünki, dizel yanacagının qiyməti birbaşa kənd təsərrüfatı məhsullarının maya dəyərinin formalaşmasında böyük rol oynayır. Buna görə də bu, kənd təssərüfatı məhsullarının qiymətinin artmasına öz mənfi təsirini göstərdi. Bu həm də logistik fəaliyyətlər zamanı da fəsadlar, qiymət artımlarına səbəb oldu. Aİ-92 markalı benzinin bahalaşması da buna bənzər təsirlər yaratdı. İstər sərnişin daşınmasında, istər də yük daşımasında qiymət fərqlərini ortaya çıxardı.

Ekspert qiymət artımının səbəblərini izah edib. İqtisadçı karantin rejiminin yumşalmasının qiymətlərə mümkün təsirindən danışıb: "Yeri gəlmişkən dizel, Aİ-92 və Aİ-95 markalı benzinlərin qiymət formalaşma prosesləri arasındakı fərqlərə də toxunmaq istəyirəm. Belə ki, Aİ-92 benzinindən, eləcə də dizeldən fərqli olaraq premium və super markalı benzinlər ölkəmizə idxal olunur. Buna görə də bu məhsulların qiymətləri istehsalçı ölkələrin təklif etdiyi bazar şərtlərindən – qiymətlərdən asılıdır və bu qiymətlər dünya bazarlarındakı neft və neft məhsullarının qiymətinə uyğun olaraq dəyişir. Amma Aİ-92 və dizel yerli istehsal olduğundan qiymətləri dövlət tərəfindən tənzimlənən qiymətlər kateqoriyasına aiddir”.

Əzizə Zeynal
Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR