Logo

İrəvan öhdəlikləri yerinə yetriməkdən niyə boyun qaçırır? – Şərh

İrəvan öhdəlikləri yerinə yetriməkdən niyə boyun qaçırır? – Şərh
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistan sərhəddə törətdiyi son təxribatların ardından indi də Azərbaycanla kommunikasiyaların açılmasına dair üçtərəfli razılaşmadan geri çəkilmək kursu götürüb. Belə ki, İrəvan sərhəddəki gərginliyi bəhanə edərək, iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına dair üçtərəfli kommisiyada işini dayandırdığını bildirib.

Sfera.az bildirir ki, Ermənistanın bu sabotajı bir sıra məqsədlərdən qaynaqlana bilər.

Çox güman ki, Paşinyan hökuməti seçki ərəfəsində bu kimi məqamları gündəmə gətirməklə daxili auditoriya üçün oynayır. Müharibədə məğlub olan Paşinyan indiki situasiyada bu kimi sabotajlara əl atmaqla uduzmasına baxmayaraq, özünün hələ ayaqda dayandığını, şərtlər diqtə etmək gücündə olduğunu göstərmək istəyir.  Bununla da seçicilər arasında əlavə nüfuz qazanmağı düşünür.

Digər tərəfdən, belə addımlara getməklə İrəvan Bakıdan hansısa güzəştlə qoparmaq niyyətində də ola bilər. Məsələn, müharibədən sonra Azərbaycan ərazisində diversiya əməllərinə görə əsir götürülərək, həbs edilən ermənilərin azad edilməsinə nail olmağı hədəfləyə bilər. Eyni zamanda İrəvan sərhədlərin delimitasiya və demarkasiyası prosesində hansısa üstün mövqe əldə etmək istədiyindən bu yolla təzyiq etmək eşqinə düşüb.

Başqa bir tərəfdən, ola bilsin, sözügedən sabotajın arxasında Qərb, xüsusən də Fransa dayanır.  Ermənistanın təkbaşına buna gedə bilməz. Münaqişənin tənzimlənməsi prosesindən kənarda qalan Qərb indi hər vəchlə çalışır ki, yenidən prosesin içində olsun. Qərb həmçinin sözügedən kommunikasiyaların açılması ilə burada Rusiyanın dominant rol oynaya biləcəyindən ehtiyatlanır. Bu müstəvidə də İrəvanı ara-sıra şıltaqlıq etməyə həvəsləndirirlər.

Amma prosesdə Rusiyanın əlinin olması da istisna deyil.  Moskva Azərbaycana təzyiq etmək, onu öz orbitinə salmaq üçün bütün ələ düşən imkanlardan istifadə etməyə çalışır. Ola bilsin, İrəvanı həmin sabotaja sürükləməklə sülhməramlıların funksiyasının genişləndirilməsi, yaxud da kommunikasiya yollarında Rusiya üçün müəyyən güzəştlər qazanmaq niyyətindədir.

Rüfət SULTAN
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR