Logo

Lavrov Putin-Bayden görüşündə ikincini çətin sual gözlədiyi açıqladı

Lavrov Putin-Bayden görüşündə ikincini çətin sual gözlədiyi açıqladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
ABŞ prezidenti Co Bayden Vladimir Putinlə görüşü zamanı  insan hüquqları mövzusunu gündəmə gətirməyi planlaşdırdığını açıqladıqdan sonra Moskva, mükalimə "hər iki istiqamətdə aparılacağı” təqdirdə bu mövzunu müzakirə etməyə hazır olduğunu bildirib.
 
Sfera.az RİA. "Novosti” yə istinadla bildirir ki, bazar ertəsi mətbuat konfransında çıxış edərkən xarici işlər naziri Sergey Lavrov bildirib:
 
"Biz danışıqlara hazırıq, qadağan olunmuş mövzularımız yoxdur. Lazım bildiyimiz bütün mövzularda  müzakirə aparacağıq. ABŞ tərəfinin suallarını cavablandırmağa hazırıq. Bura insan hüquqları mövzusu da daxildir”. 
 
Amma oniun dediyinə görə, müzakirə olunacaq məsələlərdən biri Ağ Evə diğərlərindən daha çox yaxındır:
 
"Misalçün, biz cari ilin 6 yanvarında Vaşinqtonda baş verən qiyamlarda günahlandırılanların təqib olunmasını maraqla izləyirik. Orada müxalifət hüquqları və bu hüquqların qorunması baxımından çox maraqlı olaylar baş verir."
 
Xatırladaq ki, bir gün əvvəl Bayden vətəndaş azadlıqları məsələləri ilə bağlı sərt mövqe nümayiş etdirəcəyini bildirib:
 
" Bir neçə həftədən sonra ptezident Putinlə Cenevrədə görüşəcəyəm və ona anladacağam ki, biz kənarda qalaraq, ona insan hüquqlarını tapdalamağa imkan vermnəyəcəyik. Artıq hər kəsə kimliyimizi xatırlatmağın vaxtıdır”,- deyə Amerika lideri söyləyib.
 
Yanvarın 6-da  Kapitoli binasına edilən hücumla əlaqədar aparılan  istintaq çərçivəsində 400-dən çox adamın şəxsiyyəti müəyyənləşdirilib.
 
Xatırladaq ki, mart ayında Bayden, onun sözlərinə görə, Qərbin dəstəklədiyi bloger Aleksey Navalnının həbsinin, həmçinin sözügedən həbslə bağlı keçirilən etiraz aksiyalarında "insan hüquqları”nın pozulmasının arxasında dayanan bir sıra Rusiya rəsmisinə qarşı sanksiyaların tətbiqinə dair fərman imzalayıb.
 
Baydenlə Putin ABŞ prezidentinin vəzifəsinin icrasına başladığı gündən bəri ilk dəfə üz-üzə görüşəcəklər. Kreml bəyan edib ki, bir sıra vacib məsələni gündəmə gətirməyə ümid etsə də, iki dövlət arasındakı münasibətlərdə gərginliyin azalacağına o qədər də inanmır.
 
Selcan
Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR