"Elnur Allahverdiyevin o vaxt 10 yaşı vardı" - Deputat Əli Əliyevin cavabını VERDİ
Kateqoriya məlum deyil
Son vaxtlar deputat Elnur Allahverdiyevə qarşı "qara piar” kampaniyasına start verilib və proses getdikcə əndazəni aşmaqdadır.
Sfera.az xəbər verir ki, deputatı hədəf alan şəxslərdən biri də Vətəndaş və İnkişaf Partiyası (VİP) sədri Əli Əliyev olub.
Belə ki, VİP sədri deputatı Xalq Hərəkatına qatılmamaqda günahlandırıb. Deputat Etibar Əliyev isə bu məsələyə cavabsız qalmayıb və iradını bildirib.
"Əli Əliyev deyir ki, biz Xalq Hərəkatına qoşulanda Elnur Allahverdiyev harada idi? Əli bəy, nəzərinə çatdırıram ki, Xalq Hərəkatı başlayanda Elnur Allahverdiyevin 10 yaşı var idi", - deyə, deputat qeyd edib.
İnci
Sfera.az






