“Bu, xalqa xəyanətdir” – Məhəmməd Mirzəlinin erməni kanalına müsahibəsinə REAKSİYA
Ötən gün Fransada yaşayan müxalifətçi bloqqer Məhəmməd Mirzəli Ermənistan televiziyasına müsahibə verib və bu barədə özü sosial şəbəkə hesabında paylaşım edib.
Təəssüf ki, zaman-zaman oxşar addımların şahidi oluruq. Xaricdə yaşayan bir sıra azərbaycanlı bloqqerlər dövlət, xalq əleyhinə çıxışlar edir, müxtəlif ölkələrin mətbuat orqanlarına qərəzli açıqlamalar verirlər. Lakin düşmən ölkənin media qurumuna danışmağı sümüyə dirənən bıçaq adlandırsaq, yanılmarıq.
Bu baxımdan Məhəmməd Mirzəlinin Ermənistan kanalına müsahibə verməsi ictimai rəydə kəskin etirazlarla qarşılanıb.
Milli Məclisin deputatı Aydın Mirzəzadə məsələ ilə bağlı danışarkən bildirib ki, xaricdə yaşayan azərbaycanlı bloqqerlər Azərbaycan əleyhinə aparılan kampaniyanı artıq dövlət və xalqımız əleyhinə aparılan kapmaniyaya çeviriblər: "Bunların etdikləri ilk növbədə xalqa xəyanətdir. Əgər onlar erməni millətçilərinin siyasi kursunu dəstəkləyirlərsə, onların dəyirmanına su tökürlərsə, Azərbaycanla bağlı yalan, iftira məlumatları yaymağı öz fəaliyyətlərinin əsas qayəsi hesab edirlərsə, onları azərbaycanlı saymaq olmaz.
Bununla belə nə qədər çalışsalar da, onların Azərbaycanı ləkələməsi mümkün deyil. Eyni zamanda Azərbaycan xalqını dünyada mənfi imicdə tanıda bilməyəcəklər”.
Millət vəkili qeyd edib ki, prinsip etibarilə müəyyən partiya üzvü olan, xaricdə yaşayan o cür bloqqerlər siyasi məsuliyyət daşıyırlar: "Əgər partiyanın üzvü dövlət və millət əleyhinə erməni işğalçılarının lehinə siyasət aparırlarsa, partiya həmin şəxsi məsuliyyətə cəlb etməlidir. Əgər etmirsə, bu o deməkdir ki, özü də onunla həmrəydir. Cəmiyyət bilməlidir ki, onların etdiklərinə görə eyni zamanda partiyalar da siyasi məsuliyyət daşıyır”.
Elxan





