Logo

"GUAM-ın da “fatihəsi” oxundu" - Zərdüşt Əlizadə

"GUAM-ın da “fatihəsi” oxundu" - Zərdüşt Əlizadə
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ dövlət katibi Entoni Blinken bir müddət bundan öncə baş tutan Ukraynaya səfərindən dərhal sonra Kiyevdə bu ölkə, habelə, Gürcüstan və Moldovadan ibarət yeni ittifaq GUM elan edildi.

Bir çoxları bunun GUAM-ın "dəfn edilməsi” anlamına gəldiyini iddia etdi.

Məsələ ətrafında Sfera.az-a danışan politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, MDB kimi, onun daxilindəki  GUAM-ın da "fatihəsi” oxunub.

Ekspert xatırlatdı ki, vaxtilə GUAM MDB daxilində Moskvanın hegemonluğuna qarşı durmaq üçün yaradılıb:

"GUAM-ın tərkibi sabit olmayıb.  MDB yaranmışdı, onun davamlılığına hələ heç kim şübhə etmirdi. Düşünürdülər ki, bu yumşaq tərzdə də olsa SSRİ-nin davamı olacaq. O zamankı Rusiya prezidenti Boris Yeltsin isə özünü kobud apararaq, MDB-yə üzv kiçik ölkələrə təzyiq etməyə başladı.  Bu zaman isə onun üzünə duran yeganə dövlət başçısı Ukrayna Prezidenti Kravçuk oldu.  Yeltsinlə münasibətləri korlamaq istəməyən digər kiçik dövlətlərin başçılarının əksəriyyəti də Kravçukun kürəyinin arxasında gizlənərək,  MDB daxilində GUAM yaratdılar və bəyan etdilər ki, Kiyev nə desə onlar da onu edəcəklər.   Məhz Ukraynanın geniş kürəyi arxasında digər postsovet dövlətləri özlərini rahat hiss edirdilər.  ABŞ da kənardan bu prosesi izləyərək, GUAM-a dəstək verdi.  ABŞ-ın məqsədi Rusiyanın hegemonluğunu məhdudlaşdırmaqdan ibarət idi”.

Z.Əlizadə bildirdi ki, sonrakı mərhələdə MDB-nin gərəksiz olduğunun sübut olunması ilə GUAM-ın da əhəmiyyəti itdi və ona maraq azaldı:

"Sonradan şərait elə gətirdi ki, Özbəkistan GUAM-dan çıxdı. Bütövlükdə bir çərçivə əhəmiyyətini itirirsə, onun daxilindəki digər qurumlar da həmin vəziyyətə düşür.  Azərbaycan bu illər ərzində müstəqil dövlət kimi möhkəmləndi, özünə yeni tərəf müqabilləri tapdı.  MDB tərkibindəki digər ölkələr də, özləri üçün əlahiddə münasibətlər sistemi qura bildi.  Hər biri digər dövlətlərlə ikitərəfli qaydada münasibətlər qurmağa başlayıb.  Nəticədə, MDB-nin əhəmiyyəti itdi, həmçinin ona müvafiq olaraq GUAM-ın da.  MDB ölkələri arasında ola bilər həmrəylik mövqeyi olsun. Amma bu həmrəylik yetkin siyasətdə bilavasitə heç nəyi həll etmir.  Hər şeyi ikitərəfli münasibətlər həll edir”.

Rüfət SULTAN

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR