Logo

“Bizlə belə davranmaq olmaz, Bakı sabah - birigün…” - Koçaryan

“Bizlə belə davranmaq olmaz, Bakı sabah - birigün…” - Koçaryan
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Əvvəla, hamıya nümayiş etdirməlisən ki, səninlə bu tərzdə davranmaq olmaz. Əgər öz siyasətinlə, bəyanatlarınla belə bir təəssürat yaradırsansa, daim buna bənzər problemlərin olacaq”.

Sfera.az News.am-a istinadla xəbər verir ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryan bunu "Ermənistan" bloku liderlərinin mayın 25-də keçirdiyi mətbuat konfransında Sünik və Geharkunik sərhədlərindəki vəziyyəti şərh  edərkən söyləyib.

"Nə qədər ki, müəyyən məsələlərdə Ermənistandan əlavə güzəştlərlə bağlı gözləntiləri var, vaxtaşırı bu cür gərginlik ocaqları yaradaraq, hədəflərinə çatmaq üçün ölkəmizə təzyiq göstərəcəklər.

"Ermənistan hazırda qarşılaşdığı təzyiqlərə boyun əyməyəcəyini göstərməlidir. Bəli, ilk növbədə problem danışıqlar yolu ilə həll olunmalıdır, amma təkrar edirəm, bu gün bu məsələ Rusiya Federasiyasının vasitəçiliyi həll olunsa belə,  sabah-birigün Bakı başqa bir problemi həll etmək üçün sərhədin digər hissəsində buna bənzər daha bir problem yaradacaq. Vəziyyət belədir, "-deyə  Robert Köçəryan vurğulayıb.

 
Selcan
Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR