Logo

Yeni müharibə təhlükəsi yarana bilər? - “Ermənistan ordusu hələ 10 il buna hazır olmayacaq”

Yeni müharibə təhlükəsi yarana bilər? - “Ermənistan ordusu hələ 10 il buna hazır olmayacaq”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Bu gün Ermənistan ictimaiyyəti qütbləşmiş vəziyyətdədir, Paşinyanı müdafiə edən ictimai təbəqə Ermənistanın Qərbə yönəlik perspektvini dəstəkləyir".

Bunu Sfera.az-a politoloq Natiq Miri bildirib. Ermənistanda iyunda keçiriləcək baş nazir postuna seçkilərlə bağlı danışan müsahibimiz Paşinyanın əsas rəqibinin Qarabağ klanı olduğunu deyib:

"İyunda keçirilən parlament seçkilərində əsas mübarizə Paşinyanın rəhbərlik etdiyi siyasi güc mərkəzi ilə Qarabağ klanı arasında gedəcək. Sabiq prezident Köçəryan hər  nə qədər İrəvan erməniləri ilə təşkil olunmuş siyasi bloka getmiş olsa da, əslində o birmənalı olaraq Qarabağ klanının təmsilçisi olaraq çıxış edir. Serj Sarkisyan birbaşa olaraq seçkillərdə iştirak etməsə də, üzv olduğu siyasi partiya seçkilərdə iştirak edir. Buna rəğmən düşünürəm ki, Sarkisyan da Qarabağ klanının nümayəndəsi olduğu üçün erməni xalqı tərəfindən dəstəklənməyəcək. Çünki ortada 1998-ci ildən bəri Ermənistanı Qarabağ klanı idarə edir və Ermənistanın iqtisadi-hərbi cəhətdən müflis vəzyyətdə olmasında bu klan səbəbkardır. Bütün siyasi komediyalara, Rusiya tərəfindən verilən dəstək mesajlarına rəğmən erməni ictimaiyyətinin bunu Qarabağ klanına bağışlayacağına inanmıram. Bu gün Ermənistan ictimaiyyəti qütbləşmiş vəziyyətdədir, Paşinyanı müdafiə edən ictimai təbəqə Ermənistanın Qərbə yönəlik perspektivini dəstəkləyir. Bu kəsim cəmiyyətin 30 faizini təşkil edir və əksəriyyət gənclərdən ibarətdir. Paşinyanın nüfuzunun aşağı düşməsinə rəğmən bu kəsim Paşinyana alternativ görmür".

Ekspert Paşinyanın baş nazir kimi seçilməməsinin yeni müharibə təhlükəsi ilə nəticələnəcəyini bildirib:

"Perspektivini görə bilməyən erməni xalqı ilə üz-üzəyik. Seçki qutusundan Paşinyanın adının daha çox çıxması ehtimalı böyükdür. Lakin ola bilsin ki, hökuməti qurmaq üçün səs yetərli olmasın. Bu da yeni hökumət koalisiyasının yaranmasına gətirib çıxaracaq ki, belə vəziyyətin yaranması Paşinyan üçün problemlər yaradacaq. Bu gün  erməni hökuməti qonşu ölkələrlə o cümlədən Ermənistan, Türkiyə, İran və Rusiya ilə yol-nəqliyyat infrastrukturlarını açmağa yönəlik Paşinyanı dəstəkləməsə, bütün bunlara mane olan erməni revanşistlərlə üzləşəcək ki, bu da yeni müharibə təhlükəsi yaradacaq. Buna isə Ermənistan ordusu 10 il müddətində hazır deyil".

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR