Logo

Baydenlə Putin nə vaxt görüşəcək? - Dövlət katibi açıqladı

Baydenlə Putin nə vaxt görüşəcək? - Dövlət katibi açıqladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"ABŞ prezidenti Cozef Baydenlə Rusiya prezidenti Vladimir Putin böyük ehtimalla yaxın həftələrdə görüşəcəklər”.

Sfera.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken İslandiyanın "RUV” dövlət teleradio şirkətinə müsahibəsində bildirib.

Dövlət katibi "Siz İslandiyanı dövlət başçılarının görüşünün keçiriləcəyi potensial yer sayırsınızmı” sualına belə cavab verib: "Sözsüz, mən görüş yeri kimi buranı namizəd göstərərdim. Onu da qeyd edim ki, evə qayıtdıqdan sonra bu işlə məşğul olacağam”.

Qeyd edək ki, mayın 19-da Artika Şurası xarici işlər nazirilərinin sessiyası çərçivəsində ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş olub. // "Report” 
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR