Paşinyanın ehtimal edilən mümkün gedişləri: “Ya deməlidir ki, SSRİ xəritələri...”
"Qaragöldə baş verənlər Üçtərəfli Bəyanatın bəndlərinin reallaşmasını sürətləndirməklə yanaşı, Azərbaycanın həmin bəyanatda yer alan və almayan hədəflərinin yerinə yetirilməsi üçün mühüm və düşünülmüş addım oldu”.
Sfera.az-ın məlumatına görə, bunu Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib. O bildirib ki, Ermənistanın öz ərazisi hesab etdiyi gölə və ətrafına daxil olmağımız fonunda İrəvanın bir neçə seçim yolu var idi:
"Birincisi, hərbçilərlə cavab. Göründüyü kimi dağılmış erməni ordusu bunu etmədi.
İkincisi isə SSRİ zamanındakı xəritələrlə delimitasiya prosesi. Paşinyan xəritələrlə bağlı delimitasiya məsələsində SSRİ zamanında dərc edilmiş xəritələri mənasız saydığını bildirməliydi. Bu halda ordumuz mövqelərində qalaraq Sisian və Gorus istiqamətində, M2 avtomagistralını hədəfə alaraq strateji mövqe üstünlüyü əldə edə, Qaragölün su ehtiyatından Ermənistanı mərhum edə bilər.
Digər variant isə ondan ibarətdir ki, Ermənistan xəritələrlə delimitasiyaya razılaşaraq - Qazaxın 7 kəndini, Naxçıvanın Kərki kəndini Azərbaycana qaytarır. Eyni zamanda, Şuşaya gediş - gəlişin asanlaşdırılması üçün yolüstündəki bəzi kəndlərdən sülhməramlılar geri çəkilir”.
Z.Məmmədovun sözlərinə görə, Qaragöl, həm də onu göstərdi ki, demokratlar Qarabağ məsələsinə Azərbaycan - Ermənistan prizmasından daha çox, ABŞ - Rusiya geosiyasi qarşıdurması çərçivəsində baxır və Nikola seçkiqabağı dəstək verirlər: " Bu hadisə eyni zamanda onu göstərdi ki, Cənubi Qafqazdakı yeni proseslər birbaşa Bakı - Moskva dialoqundan asılıdır”.Günay






