Logo

Bakıda müəllim, şagird və valideynlərə MÜRACİƏT

Bakıda müəllim, şagird və valideynlərə MÜRACİƏT
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələr üzrə V-IX siniflərdə 199 694, xüsusi məktəblərdə 1 845 nəfər təhsil alır".

Bunu idarənin müdir müavini Xəyalə Əhmədzadə deyib.

Onun sözlərinə görə, həmçinin ümumi təhsil müəssisələrinin I-IV siniflərində 182 018 şagird oxuyur.

İdarə rəsmisi bildirib ki, məktəbəhazırlıq qruplarına isə 27 122 uşaq cəlb olunub: "Yəni, artıq paytaxt məktəblərində ümumilikdə 410 000-dən çox təhsilalanın və təxminən, 25 000-dən çox təhsilverənin əyani tədrisə qismən cəlb olunmasından söhbət gedir. Bu da təbii ki, küçələrdə, nəqliyyatda müəyyən sıxlıqla müşaiyət oluna bilər. Bu baxımdan müəllimlər, valideynlər və şagirdlər diqqətli olmalı, özlərini evdən və məktəbdən kənarda daha etibarlı qorumalıdırlar". // "Report"

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR