HƏMAS İsrailə zərbələr endirdi - Yaralanan var
Kateqoriya məlum deyil
Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatının "İzzəddin al-Kassam briqadası” silahlı qanadı İsrailin Beer-Şeva şəhəri istiqamətində raketlərin buraxıldığını bəyan edib.
Bu barədə "Qafqazinfo” Fələstinin "Saut Al-Aqsa” radiostansiyasına istinadən xəbər verir.
Onun məlumatına görə, sahil anklavından yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə saat 17:00-da-red.) İsrail ordusunun obyektlərinə endirilən raket zərbələri yəhudi dövlətinin Qəzza sektoruna endirdiyi zərbələrə cavab olub."The Times of Israel” qəzetinin İsrail Səhiyyə Nazirliyindəki mənbələrinə istinadən verdiyi xəbərə görə, radikalların Qəzza sektorundan Beer-Şeva şəhərini atəşə tutması zamanı bir israilli xəsarət alıb.
Nəşrin məlumatına görə, mərmilərdən biri avtomagistral ərazisində düşüb. Polis əməkdaşları insidentin baş verdiyi əraziyə girişi bağlayıb.





