Logo

"CoronaVAC peyvəndi vurduranlar bu halda Astrazeneca vaksinindən istifadə edə bilər" - Həkimdən AÇIQLAMA

"CoronaVAC peyvəndi vurduranlar bu halda Astrazeneca vaksinindən istifadə edə bilər" - Həkimdən AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Məlum olduğu kimi artıq bir müddətdir ki, ölkə üzrə koronavirus əleyhinə "Vaxzevria" vaksini tətbiq edilir.

Bundan əvvəl isə vətəndaşlara "CoronaVAC" peyvəndi vurulurdu. Bu peyvənddən istifadə edən bəzi şəxslər yeni növ vaksindən də istifadə etmək niyyətindədir.

Bəs, maraqlıdır, artıq bir dəfə peyvənd olunan şəxslər virus əleyhinə başqa növ vaksindən də istifadə edə bilərmi?

Məsələ ətrafında Sfera.az-a danışan professor Adil Qeybulla hər iki vaksinin tətbiq oluna biləcəyini bildirib. Həkimin sözlərinə görə, sözügedən hal yalnız düzgün formada həyata keçirilməlidir:

"Hazırki məqamda bütün vətəndaşların vaksinasiya olunmasımütləqdir. Ola bilər ki, "CoronaVAC" vaksini vurduran şəxsdə virus əleyhinə immun yaranmasın. Belə olarsa, o zaman "Astrazeneca" vaksinindən istifadə etmək olar. Lakin bu, vaksinin hər iki dozasıtamamlandıqdan sonra da immun yaranmazsa, tətbiq edilə bilər".

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR