Logo

Rusiya dollardan imtina etməyə başlayıb - “Bloomberg”-in açıqlaması

Rusiya dollardan imtina etməyə başlayıb - “Bloomberg”-in açıqlaması
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-ın artan sanksiya təzyiqi fonunda Rusiya tədricən dollardan imtina etməyə başlayıb.

Sfera.az-ın məlumatına görə, "Bloomberg” qeyd edib ki, keçən ilin dördüncü rübündə Rusiyanın ixrac göstəricilərində dolların payı ilk dəfə 50-dən aşağı düşərək yüzdə 48,3 təşkil edib, ondan bir il əvvəl isə bu rəqəm yüzdə 61-i keçirdi.

Mövcud vəziyyət daha çox Rusiya ilə Çin arasında ticarətin artması ilə əlaqədardır: dördüncü rübün nəticələrinə əsasən, ticarətin  80 faizdən  çoxu avro ilə aparılır. Agentlik bildirir ki, hakimiyyət son aylarda artan anti-Rusiya sanksiyaları təhlükəsi fonunda iqtisadiyyatı Amerika müdaxiləsindən təcrid etməyə çalışırdı.

Xatırladaq ki, aprelin 15-də  Vaşinqton Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi. Bu barədə ABŞ prezidenti Co Bayden bununla bağlı müvafiq fərman imzaladı. Fərmana əsasə, ABŞ-ın maliyyə təşkilatları Rusiyadan birbaşa qiymətlərin kağızların satın alınmasını həyata keçirə bilməyəcək. Sanksiyalar Rusir Mərkəzi Bankına, Maliyyə Nazirliyinə və ölkənin suveren fonduna tətbiq olunur.Amma  ABŞ-ın maliyyə qurumları  əvvəlkitək  Rusiyanın dövlət istiqrazlarını təkrar bazarda ala və sata biləcəklər. Amerikalı investorlar və ekspertlər bu cür sanksiyaları çox yumşaq adlandırdılar.

Çin isə  öz növbəsində Moskvaya dəstək vermək qərarına gəldi.  Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin əminliklə bildirdi ki, "dövlət suverenliyinin qorunması məsələlərində ÇXR və Rusiya bir-birlərini dəstəkləyəcək". Van Venbin həmçinin qeyd etdi ki,  Pekin  Vaşinqtonla Moskvanın konstruktiv  dialoqa başlayacağına və qarşılıqlı hörmət preinsiplərinə söykənərək fikir ayrılıqlarını aradan qaldıra biləcəklərinə ümidlidir.

Mənbə: Lenta.ru
Tərcümə: Selcan
Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR