Logo

Zelenskinin müsahibəsi Kreml sözçüsünün özündən çıxardı: “Bu, həyacan siqnalıdır”

Zelenskinin müsahibəsi Kreml sözçüsünün özündən çıxardı: “Bu, həyacan siqnalıdır”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Kreml Zelenskinin Minsk razılaşmalarının yenidən yazılması təklifinə cavab verib.

Sfera.az RİA "Novosti”-yə istinadla xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Ukrayna Prezidenti Vladimir Zelenskinin Minsk razılaşmalarının yenidən yazılması təklifinin həyəcan siqnalı olduğunu bildirib.

Peskov Zelenskinin "Financial Times" a verdiyi "Minsk formatını" dəyişdirməyin, digər ölkələri əlavə etməyin zəruriliyindən bəhs etdiyi” müsahibəsinə diqqət yetirməyin məntiqli olduğunu söyləyib.

"Bu, növbəti həyəcan siqnaldır",- deyə Rusiya liderinin sözçüsü jurnalistlərin müfaviq sualına cavab olaraq qeyd edib.

Xatırladaq ki, aprelin 26-da Ukrayna prezidenti Minsk razılaşmalarının yenidən yazılmasını və "Normandiya formatı”nda aparılan  danışıq iştirakçıların sayının ABŞ-ın cəlb edilməsi hesabına genişləndirilməsini təklif edib. Onun sözlərinə görə, "Minsk-2"-nin hazırkı məzmunu bölgədə münaqişənin sonlandırılmasına kömək etmir, çünki "bu günün deyil, keçmişin məqsədlərinə" xidmət edir. Bundan əlavə,  Zelenski sənədin müəyyən müddəalarının daha elastik olmasını arzulayıb, çünki mövcud versiyada onların tətbiqi demək olar ki, mümkünsüzdür.

Az sonra Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak hakimiyyətin ABŞ-ın iştirakı ilə Donbasla bağlı yeni danışıq formatı yaratmaq niyyətini təkzib edib. Yermak  qeyd edib  ki, ölkə bu mövzuda heç vaxt danışıqlar aparmayıb və aparmır, çünki hər hansı bir dəyişiklik mövcud  "Normandiya formatı" nın iştirakçıları ilə razılaşdırılmalıdır.

Tərcümə: Selcan

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR