Logo

Bayden qondarma erməni "soyqırımı"nı tanıyarsa... - "Qarabağ məsələsinə təsiri böyük olacaq"

Bayden qondarma erməni "soyqırımı"nı tanıyarsa... - "Qarabağ məsələsinə təsiri böyük olacaq"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"ABŞ prezidenti Bayden Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğana zəng edib və erməni genosidini tanıyacağını deyib. İllərdir ki, Bayden və ətrafındakılar buna hazırlaşırdı. Türkiyənin cavabının necə olacağı hələlik məlum deyil".

Sfera.az-ın məlumatına görə, bunu təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib.

O bildirib ki, xüsusi etiraz gözlənilmir, sadəcə soyuqluq yaranacaq:

"Bu da bir müddət üçün olacaq. Artıq Amerika telekanalları, xüsusilə "Bloomberg"  bu barədə ağız dolusu danışırlar. Ermənilər geniş təbliğat kampaniyasına başlayacaqlar. Bu iş Qarabağ məğlubiyyətindən sonra ermənilərin dirçəlməsi üçün fürsət oldu".

Ekspert qeyd edib ki, bu işin Qarabağ məsələsinə də təsiri böyük olacaq:

"Həmçinin bu iş Putinin xeyrinə oldu. Rusiya status məsələsini bu günlərdə qabartmağa başlayacaq. Əvvəlcə qeyri-rəsmilərin dili ilə, sonra da özü.

Müharibədən sonra hər zaman Qarabağla bağlı maraqlarımıza cavab verəcək addımların atılmasının sürətləndirilməsini vurğulayırdım. Hələ nələr olacaq bu dünyada və bizim işimizə necə təsiri olacaq böyük suallar altındadır.

Yasa batmaq lazım deyil, ərazi bütövlüyümüzün bərpa edilməsi üçün dövlət və millət səfərbər olmalıdır".

Günay

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR