Logo

“Qoca Bayden buna gedə bilər...” – Saxta erməni soyqırımı tanınacaq?

“Qoca Bayden buna gedə bilər...” – Saxta erməni soyqırımı tanınacaq?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Baydenin buna gedəcəyini qətiyyən istisna etmirəm”.

Bu sözləri Sfera.az-a açıqlamasında ABŞ mediasının Co Baydenin 1915-ci il hadisələrini "soyqırım” olaraq tanımağa hazırlaşdığı barədə iddialarına münasibət bildirərkən politoloq Natiq Miri deyib.

Həmsöhbətimizin fikrincə, mediada ajiotaj yaratmaqla Baydeni qondarma "soyqırımı” tanımağa təhrik etmək istəyirlər: "Adətən aprelin 24-ü  ərəfəsində ermənilər dünyanın müxtəlif yerlərində bu səviyyədə ajiotaj yaradırlar. Bunu da həm ABŞ-dakı media, həm də erməni lobbisinin maraqlarını ifadə edən siyasətşünaslar, beyin mərkəzləri, bəzi konqresmenlər gündəmə gətirirlər”.

Politoloq qoca Baydenin sözügedən istiqamətdə yanlış addım ata biləcəyini istisna etmədi: "Donald Trampdan başlayaraq ABŞ beynəlxalq hüquqa tüpürəcək çoxsaylı xoşagəlməz addımlar atıb.  80 yaşlı Co Baydendən də eyni yanlışlıqları gözləmək mümkündür. Onun ikinci ifadəsindən sonra üçüncü ifadəsi artıq yadından çıxır. Belədə Baydenin qondarma "soyqırımı” tanıyacağını qətiyyən istisna etmirəm. O, indiki mərhələdə ermənilərin marağını ifadə edən qərar qəbul edə bilər.  Çünki ABŞ artıq köhnə statusunu itirib və onlar dünyaya pis örnək olacaq addım və qərarlarla dünyanı heyrətə salırlar.  Baydenin buna getməsi ölkəsinin növbəti dəfə beynəlxalq hüquqa tüpürməsi olacaq.  Ona görə ki, belə bir qərar verilərsə, o hüquqi deyil, siyasi qərar olacaq”.

Ekspert qeyd etdi ki, qondarma "soyqırım” ərəfəsi belə fikirləri gündəmə gətirməklə həm də Türkiyəyə təzyiq etməyi düşünürlər:"Amma bununla Türkiyəyə heç nə olmayacaq, çünki siyasi qərarlardır və hüquqi əsas olmadan kimsə Ankaraya  hər hansı bir öhdəlik qəbul etdirə bilməzlər”.

N. Miri düşünür ki, Ağ Evin qondarma "soyqırımı” tanıması ABŞ-ın müttəfiq olaraq Türkiyəni itirməsilə nəticələnəcək: "Həmin addım Ankara ilə Vaşinqton arasında münasibətləri o səviyyəyə qədər korlaya bilər ki, Türkiyə məxsus olduğu Avroatlantik məkandan uzaqlaşaraq, Çinlə Rusiyanın olduğu digər güc mərkəzlərinə doğru yönələ bilər”.

Elçin

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR