Logo

“Bir də gördük, Paşinyan kənddədir...” – Şurnux kəndinin başçısı gizli səfərin detallarından danışdı

“Bir də gördük, Paşinyan kənddədir...” – Şurnux kəndinin başçısı gizli səfərin detallarından danışdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistan baş naziri Nikol Paşinyan xəbərsiz bir şəkildə Sünik bölgəsinin Şurnux kəndinə gizli səfər edib və orada çox yubanmadan geri dönüb. Sfera.az-ın məlumatına görə, Şurnux kəndinin başçısı Akop Arşakyan bu məlumatı təsdiqləyib.

"Bəli, Paşinyan kəndə gəldi, 1-2 evi ziyarət edib, getdi. Bilmirəm, kəndlilər bunu necə qəbul etdilər. Baş nazirin kəndə gələcəyini heç kim bilmirdi. Mən baş nazirin kənddə olduğunu biləndə o, artıq  kəndi gəzirdi, bir-iki evdə olub getdi. Qarabağdan köçmüş ailəyə və yerli kəndlilərin ailəsinə baş çəkdi, nə danışdıqlarını, niyə gəldiyini bilmirəm ”,-deyə  Arşakyan bildirib.

Arşakyan prezident Armen Sarkisyanla insan haqları müdafiəçisi Arman Tatoyanın da bu gün kəndə gəldiyini, amma onların gəlişi barədə iki gün əvvəl xəbərdar olunduğunu xatırladıb.

"Paşinyanın səfərinin məxfiliyini  necə qiymətləndirirsiniz?” sualına Arşakyan cavab verib: "Mən kiməm ki, nəyəsə qiymət verim? Qoy, kəndlilər münasibət bildirsinlər. Bəlkə söhbət hansısa xüsusi bir işdən gedir? Ola bilsin, məxfilik məcburi idi, çünki azərbaycanlılar yolun digər tərəfindədirlər".

Kənd başçısı əlavə edib ki, Paşinyanın korteji Qafana doğru irəliləyib.

Mediaport Telegram kanalının verdiyi məlumata görə, Paşinyan yüzlərlə polis və təhlükəsizlik əməkdaşlarının  müşayiəti ilə Qafanın mərkəzində təxminən 300 metr gəzəndən sonra sonra nahar etmək üçün "Elegant” restoranına yollanıb.

Selcan

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR