Hansı ərzaq nə qədər bahalaşıb? - STATİSTİKA
Sfera.az Aqrar Tədqiqatlar Mərkəzinin "Kənd Təsərrüfatı və Ərzaq Məhsulları üzrə Dünya Bazar Konyukturasına dair Qısa İcmal”ına istinadən bildirir ki, Qlobal Ərzaq Qiyməti İndeksi 2021-ci ilin martında orta hesabla 118,5 bənd təşkil edib. İndeks fevral ayı ilə müqayisədə 2,1% (2,4 bənd), ötən ilin martı ilə müqayisədə isə 24,6% (23,4 bənd) yüksəlib.
Ət Məhsullarının Qiymət İndeksi martda orta hesabla 98,9 bənd təşkil edib, fevralla müqayisədə 2,3% (2,2 bənd) çox, ötən ilin martı ilə müqayisədə 0,5% (0,5 bənd) enib.
Süd Məhsullarının Qiymət İndeksi martda orta hesabla 117,4 bənd təşkil edib, fevral ayı ilə müqayisədə 3,8% (4,3 bənd), ötən ilin martı ilə müqayisədə 15,7% (15,9 bənd)
yüksəlib.
Taxıl Qiyməti İndeksi martda 123,6 bənd təşkil edib. Taxıl məhsulları fevralla müqayisədə 1,7% (2,1 bənd) azalıb, ötən ilin mart ayı ilə müqayisədə isə 26,5% (25,9 bənd) artıb.
Bitki Yağlarının Qiymət İndeksi martda orta hesabla 159,2 bənd təşkil edib, fevrala nisbətən 8 % (11,8 bənd), ötən ilin martı ilə müqayisədə 86,2% (73,7 bənd) yüksəkdir.
Şəkər Məhsullarının Qiymət İndeksi isə martda orta hesabla 96,2 bənd təşkil edib. Şəkər fevral ayı ilə müqayisədə 4% (4 bənd) düşüb, ötən ilin mart ayı ilə müqayisədə 30,2% (22,3 bənd) artıb.
Beləliklə, martda illik müqayisədə ət və ət məhsulları istisna olmaqla bütün ərzaq məhsulları bahalaşıb. Amma aylıq müqayisədə bir çox ərzaq malları, o cümlədən buğda da daxil olmaqla əksər taxıl məhsulları ucuzlaşıb.
Vasif
Sfera.az






