Zelenski: "Nə vaxta qədər kandarda gözləyəcəyik?"
Kateqoriya məlum deyil
Zelenski Ukraynanı təcili olaraq AB və NATO-ya qəbul etməyə çağırıb.
Sfera.az-ın məlumatına görə, Ukrayna lideri Vladimir Zelenski NATO və Avropa Birliyini respublikasını təcili öz üzvlüyünə qəbul etməyə çağırıb.
"Biz sonsuzadək AB və NATO-nun kandarında qala bilmərik",- deyə Ukrayna prezidenti "Le Fiqaro” qəzetinə bildirib.
Hər iki qurum həqiqətən Ukraynanı "Avropa ailəsinin üzvü" kimi qəbul edirsə, təcili danışıqlardan qərarlara keçməlidirlər. Zelenski Fransa Prezidenti Emmanuel Makronun "Putinlə daha yaxşı münasibətdə” olmasından təəssüflənir.
Danışıqların "Normandiya formatı”nı isə Zelenski dayandırılmış proses kimi qiymətləndirib və əlavə edib ki, Makron bu danışıqları süni nəfəs verməklə yaşada bilər.
Xatırladaq ki, Ukrayna lideri bir il əvvəl də Makronu Moskva ilə təhlükəli yaxınlaşmada ittiham etmişdi.Selcan
Sfera.az





