Logo

“Od olmasa, tüstü çıxmaz” – Kremldən ABŞ-ın mümkün sanksiyalarına sərt cavab

“Od olmasa, tüstü çıxmaz” – Kremldən ABŞ-ın mümkün sanksiyalarına sərt cavab
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Moskva öz  maraqlarını ən yaxşı şəkildə təmin etmək üçün ABŞ-ın mümkün yeni sanksiyalarına qarşılıqlılıq prinsipinə uyğun olaraq  cavab verəcək.

Sfera.az-ın məlumatına görə bu barədə aprelin 15-də TASS məlumat yayıb.

"İstənilən halda bu məsələdə qarşılıqlılıq prinsipi keçərlidir”, - deyə Peskov  qeyd edib.

Rusiya liderinin mətbuat katibi vurğulayıb ki, "od olmadan tüstü çıxmaz" və Kreml ABŞ-ın istənilən sanksiya istəklərini pisləyir və qanunsuz hesab edir. Eyni zamanda o, Vaşinqton tərəfindən rəsmi məlumatın açıqlanmasını gözləməyə çağırıb.

Xatırladaq ki, az əvvəl Federasiya Şurası Xarici İşlər Komitəsi sədrinin birinci müavini Vladimir Cabbarov da  ABŞ sanksiyalarına qarşılıqlı cavab veriləcəyi anonsu ilə çıxış etmişdi. Onun sözlərinə görə, "Amerika üçün həqiqətən çox həssas olacaq məqamlar” müəyyən edilməlidir.

Bir gün əvvəl mətbuatda ABŞ-ın on rus diplomatı ölkədən çıxarmağı, eləcə də hökumət və kəşfiyyat nümayəndələri də daxil olmaqla, 20 rus təşkilatına və 12 rusiyalıya məhdudiyyətlər tətbiq etməyi planlaşdırdığı xəbər verilmişdi. Bundan əlavə, Rusiyanın suveren borcu ilə əlaqəli  sanksiyalar da gündəmə

çıxarıla bilər.

Selcan
Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR