Logo

“Ölkə əhalisinin 40%-ə qədəri coğrafi olaraq ərazisinin təxminən 5%-də məskunlaşıb” - Ekspert

“Ölkə əhalisinin 40%-ə qədəri coğrafi olaraq ərazisinin təxminən 5%-də məskunlaşıb” - Ekspert
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bölgələr üzrə təhsilin inkişafında qeyri-bərabərliyin müntəzəm olaraq ölçülməsi, nəticələrin ictimai müzakirəsi son dərəcə vacibdir. Təhsil inkişaf etməsə Azərbaycandakı bölgə inkişafında mövcud olan fantastik qeyri-bərabərliyi aradan qaldırmaq mümkün olmayacaq”.

Sfera.az-ın məlumatına görə, bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib. Onun sözlərinə görə, iqtisadi inkişafdakı qeyri-bərabərliyin miqyasına baxmaqla nəticə çıxarmaq olar:

"Ölkənin milli gəlirinin tam 80%-i coğrafi olaraq ölkə ərazisinin 5%-də, milli gəlirin 20%-i isə 95% ərazidə formalaşır. Yaxud, ölkə əhalisinin 40%-ə qədəri coğrafi olaraq ərazisinin təxminən 5%-də məskunlaşıb. Bu mənzərərinin təhsildə də qeyri-bərabərlik yaratması qaçılmazdır. Çoxsaylı indikatorlardan istifadə etməklə "qeyri-bərabərlik" əmsalı da hesablamaq mümkündür.

Amma indilikdə daha asan yolla gedərək yalnız bir göstəricidən istifadə etməklə real mənzərəyə baxmaq olar. Yəni, hər bir bölgə üzrə məzunların əhalinin hər 10000 nəfəri hesabı ilə universitetlərə qəbul sayını hesablamaqla”.

Ekspert bildirib ki, aşağı və yuxarı göstərici arasında  təxminən 12 dəfə fərq var: "Məsələn, Bakı, Sumqayıt və Naxçıvan şəhərləri, Abşeron,  Zəngilan və Qubadlı rayonları üzrə hər 10 min nəfərə universitetə daxil olan məzun sayı 60 nəfər olduğu halda, Daşkəsən üzrə həmin göstərici 5 nəfər təşkil edir. Yaxud, bu göstərici Ağsu, Hacıqabul, Saatlı, Sabirabad, Cəlilabad, Lerik rayonları üzrə 15-17 nəfər, Gəncə, Oğuz, Qazax, Qəbələ  üzrə 30-45 nəfər arasında dəyişir”.

Günay
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR