Logo

“Su ehtiyatlarının elektron xəritəsi hazırlanmalıdır” – Deputat ədalətsiz bölgüyə son qoyacaq mexanizmdən danışdı

“Su ehtiyatlarının elektron xəritəsi hazırlanmalıdır” – Deputat ədalətsiz bölgüyə son qoyacaq mexanizmdən danışdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"İşğaldan azad olunmuş ərazilərimizdə mövcud su ehtiyatlarını və torpaq fondunu nəzərə alsaq Azərbaycanda kənd təsərrüfati məhsullarının istehsalının yaxın illərdə daha 1 milyard manat artırılması mümkündür. Bu isə həmçinin su təsərrüfatına müasir yanaşma tələb edir”.

Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar Zaur Mikayılovu videoformatda qəbul edərkən suyun ədalətsiz bölüşdürülməsi hallarının mövcudluğundan narazılığını ifadə etməsinə münasibət bildirərkən Milli Məclisin deputatı  Vüqar Bayramov deyib:

"Azərbaycanda 72 milyard 432 milyon manatlıq ümumdaxili məhsulun (ÜDM) 6,9 faizi kənd təsərrüfatının payına düşür. Bu o deməkdir ki, il ərzində 5 milyard manata yaxın aqrar məhsullar istehsal olunur. Bu mənada həm kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi, həm də bu sektorun ÜDM-də payının artırılması üçün su təsərrüfatı sisteminin təkmilləşdirilməsinə ehtiyac var”.

Ekspertin fikrincə, su ehtiyatlarının ədalətli bölüşdürülməsi üçün mexanizmlər hazırlanmalıdır: "Su ehtiyatlarınin sahibkarlar və fermerlər arasında tam ədalətli bölgüsü mexanizminin yaradılmasına ehtiyac var. Digər tərəfdən, su mənbələrinin əsasən ölkə xaricində olduğunu nəzərə alsaq, su ehtiyatları və ehtiyaclarının elektron xəritəsinin hazırlanması və buna uyğun olaraq sahibkarların su təminatının genişləndirilməsi məqsədəuyğundur. Belə elektron xəritələr əksər inkişaf etmiş ölkələrdə tətbiq olunur və nəticədə ehtiyacların hansı mənbələr hesabına ödənilməsini müəyyənləşdirilməsinə imkan yaradır”.

Elçin

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR