“2023-cü il seçkilərində AKP növbəti dəfə hakimiyyətdə qalacaq” - Politoloq
"Türkiyənin regional müstəvidə təsirinin artması, xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiyada strateji cəhətdən möhkəmlənməsi Rusiyanı ciddi narahat edir”.
Sfera.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, 2023-cü ildən başlayaraq Türkiyənin beynəlxalq münasibətlər sisteminə təsir edən bir ölkə olacağı gözlənilir:
"Ədalət və İnkişaf Partiyasının (AKP) hazırkı siyasi kursu buna hesablanıb və Böyük Britaniya ilə birgə yeni siyasi nizamda yer alacaq. 2016-ci ildəki hərbi çevriliş məhz Türkiyənin bu hədəflərinin qarşısının alınmasına hesablanmışdı. Bu hərbi çevriliş cəhdinin uğursuz olması, heç də anti-Türkiyə qüvvələrinin geri çəkilməsinə gətirib çıxarmadı. Hazırda Türkiyə hakimiyyətinin devrilməsində Qərb də, Rusiya da maraqlı tərəfdir. 2016-ci il çevrilişində Rusiya və Qərb ayrı-ayrı cəbhədə olsa da, hazırda Moskva da Türkiyə hakimiyyətinin daxili böhrana yuvarlanmasında maraqlı tərəfdir. Rusiya artıq Türkiyənin Şərqə baxışını geosiyasi maraqlarına təhlükə hesab edir. Məhz 103 təqaüddə olan admiralın və sabiq millət vəkillərinin Montre anlaşması və konstitusiya ilə bağlı bəyanat verməsi, birbaşa hakimiyyəti təhdid etmək və narazı bir elektorat formalşadırmaqdır.
Ötən əsrdə boğazlarla bağlı Montre anlaşaması və konustitusiya Türkiyənin hədəflərinə doğru addımlanmasında bir əngəldir. Bu da Qərb ölkələrini və Rusiyanı ciddi narahat edir. Tükriyə Montre anlaşmasını ləğv edəcəksə, boğazlarda tam üstünlük əlində olacaq. Həmçinin konstitusiyanın dəyişməsi, Türkiyəni gücləndirəcək. Ona görə də Türkiyə hakimiyyəti hədəf alınıb və məqsəd növbəti hərbi çevrilişə cəhddir”.
Politoloq qeyd edib ki, bu günkü hakimiyyət və başda prezident Rəcəp Tayyip Ərdoğan olmaqla heç bir hakimiyyət Türkiyəni bu qədər inkişaf etdirə bilməzdi:
"Türk dünyasını bir araya gətirə bilməyəcəkdi. Bu istiqamətdə AKP ciddi strateji siyasət reallaşdırır. Türkiyə dərin dövlətlə idarə olunur və hazırkı hakimiyyət dərin dövlətin özüdür. Qeyd etmək lazımdır ki, Türkiyə və hakimiyyətinin Azərbaycanın siyasi olaraq yanında olması Qarabağda zəfər çalmağımızın əsas faktorlarındandır. AKP türk xalqının milli və təhlükəsizlik maraqlarını həyata keçirdiyi üçün hədəfdədir. FETÖ-nün Türk ordusu daxilində dayaqlarının hələ də qalması təhlükənin qalmasını göstərir. CHP, İYİ partiya və hər hansı bir partiyanın hakimiyyətə gəlməsi Türkiyənin inkişafına zərbə vuracaq.2023-cü il seçkilərində AKP-nin növbəti dəfə hakimiyyətdə qalması mümkündür. Türkiyə ordusunda və siyasi sistemində növbəti təmizləmə əməliyyatı keçirilib, xainlər zərərləşdiriləcək. Bu da prezident Ərdoğanın hakimiyyətini gücləndirəcək. 2023-dən sonra Türkiyə Montre anlaşmasını və hazırkı konstitusiyanı ləğv edəcək”.
Günay Rəsulqızı






