Logo

Milli Məclisin say tərkibi artırılsın? – Deputatlardan açıqlama

Milli Məclisin say tərkibi artırılsın? – Deputatlardan açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Buna ehtiyac yoxdur”.

Bu sözləri Sfera.az-a  açıqlamasında Ermənistanda hər 100 min insana 4,45, Gürcüstanda 4,02 deputat düşdüyü halda, Azərbaycanda cəmi 1,19 deputatın düşdüyü məsələsinə toxunarkən, Milli Məclisin say tərkibinin artırılması vacibliyi barədə sualı cavablandırarkən, parlament üzvü Asim Mollazadə deyib:

"Azərbaycanda Milli Məclisin say tərkibinin artırılmasına ehtiyac görmürəm.  Bildiyimə görə, Gürcüstanda artıq parlamentin say tərkibini azaltmaq barədə düşünürlər.  Fikrimcə, Azərbaycanda təmsilçilik tam təmin olunur, 125 dairə müəyyənləşib. Ona görə də deputatların sayını artırmaqla yeni bir sistemin yaradılmasına lüzum yoxdur”.

"Bu faydalı olar”.

Bu açıqlama isə Milli Məclisin deputatı Fəzail Ağamalıya məxsusdur: "Məsələ tək sayla bağlı deyil.  Say artırılacaqsa, onda aktual olan digər məsələlər də burada əksini tapmalıdır.  Belədə, majoritar seçki sistemilə bərabər proporsional seçki sistemini də bərpa etmək olar. Buna gedilməsi  faydalı olardı. Ölkə əhalisinin sayı da artıb”.

Elçin

Sfera.as

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR