Logo

“Erməniləri o həddə gətirməliyik ki...” – Deputat qondarma rejimin rus dili təxribatından danışdı

“Erməniləri o həddə gətirməliyik ki...” – Deputat qondarma rejimin rus dili təxribatından danışdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bu gözlənilən idi.  Adətən məğlub olmuş cəmiyyət daxili auditoriyada əsəbləri nəzarətdə saxladığını göstərmək üçün belə addımlar atmağa çalışır.  Bu bizi düşündürməməlidir, amma boşuna da buraxmaq olmaz. öz işimizi görməliyik.  Dağlıq Qarabağda Azərbaycan dili bərpa olunmalıdır”.

Bu sözləri Sfera.az-a açıqlamasında qondarma DQR parlamentinin 10 noyabr bəyannaməsinin prinsiplərini pozaraq rus dilini ikinci rəsmi dil elan etməsinə münasibət bildirərkən Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Həmsöhbətimiz hər halda düşünür ki, məsələni ciddi faciəyə də çevirməməliyik: "Bununla yanaşı, tədricən erməniləri o həddə gətirməliyik ki, Azərbaycan hakimiyyətinin bütün tələblərini yerinə yetirsinlər. Bunun üçün də tezliklə məcburi köçkünlərimizin öz doğma el-obalarına qayıtmaları ilə məskunlaşma prosesini başa çatdırmalıyıq. Yəni, həmin ərazidə gücümüzü tam bərpa edəndən sonra ermənilərin başqa çıxış yolu olmayacaq və onlar tələblərimizə tabe olmaq məcburiyyətində qalacaqlar”.

F. Mustafanın fikrincə, Dağlıq Qarabağdakı qondarma rejimin rus dilini ikinci rəsmi dil elan etməsində Moskvanın da təsiri mümkündür: "Lakin bu bizi maraqlandırmır. Bizi maraqlandıran odur ki, öz şərtlərimizi diktə etməyin doğru yollarını tapmalıyıq”.

Elçin

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR