Logo

Bu məhsulumuz pomidoru geridə qoydu - 37 milyon dollarlıq ixrac

Bu məhsulumuz pomidoru geridə qoydu - 37 milyon dollarlıq ixrac
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
2021-ci ilin yanvarında kənd təsərrüfatı məhsullarının ixracında qeydə alınan azalma fevralda artımla əvəzlənib. Yanvarda 52,3 milyon dollarlıq kənd təsərrüfatı məhsulu ixrac edilmişdi və 2020-ci ilin eyni ayı ilə müqayisədə ixrac 3,3 faiz azalmışdı. Ötən ilin yanvarında kənd təsərrüfatı mallarının ixracı 54 milyon dollar olmuşdu.

2021-ci ilin fevralında kənd təsərrüfatı mallarının ixracı 58,2 milyon dollara yüksəlib. Fevraldakı artım hesabına ilk 2 aylıq ixrac 110,5 milyon dollar olub və ötən ilin eyni dövrünə nisbətən 1,56 faiz artıb. Ötən ilin yanvar-fevralında kənd təsərrüfatı mallarının ixrac dəyəri 108,8 milyon dollar idi.

Sfera.az gömrük məlumatlarına istinadən xəbər verir ki, əsas kənd təsərrüfatı məhsullarından meyvə-tərəvəz ixracı 3,7 milyon dollardan çox artaraq 66,74 milyon dollara yüksəlib. Yanvar-fevral ayları ərzində ən çox xurma (37,1 milyon dollar), fındıq (19,3 milyon dollar) və pomidor (14,2 milyon dollar) ixrac edilib.

Müqayisə üçünbildirək ki, ötən ilin yanvar-fevralında pomidor ixracı 24,7 milyon dollar, fındıq ixracı 22,6 milyon dollar, xurma ixracı 14,1 milyon dollar olmuşdu.

Bu ilin ilk 2 ayında pomidor ixracı 42,5 faiz və fındıq ixracı 14,6 faiz azalıb, xurma ixracı 2,63 dəfə artıb.

İkinci ən çox ixrac edilən kənd təsərrüfatı məhsulu pambıq mahlıcı olub. Yanvar-fevralda 37,4 milyon dollarlıq pambıq mahlıcı satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyon dollar və ya 23 faiz artıb.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR