Logo

“Pandemiyanı unudun, bu tarixi şansı qaçırmayaq” - Razi Nurullayevdən dövlət qurumlarına MÜRACİƏT

“Pandemiyanı unudun, bu tarixi şansı qaçırmayaq” - Razi Nurullayevdən dövlət qurumlarına MÜRACİƏT
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Dünən siyasi partiyalarla birlikdə Ağdamın dağıntılarını və erməni vandalizmini gözümüzlə gördük və elə buradan ağlıma bir fikir gəldi ki, onu bölüşmək istəyirəm. Birinci təklifim Mədəniyyət Nazirliyinədir. Təcili olaraq Prezidentlə məsləhətləşin və Hollivud qarışıq, dünya film istehsalı nəhənglərinə film çəkilişləri üçün dəvət göndərin. Onlar Qarabağda ermənilərin etdiyi vəhşilik, vandalizm, əşyaların soyqırımı və dağıntıları yaratmaq üçün yüz milyonlarla pul xərcləyirlər”.

Sfera.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

Deputat təklif edib ki, zombi, qorxu, müharibə, etnik təmizləmə, əşyaların soyqırımı, apokalipsis və digər mövzularda Oskar mükafatı alacaq filmlər çəkmək olar:

"İnanıram ki, film nəhəngləri Azərbaycana axışacaqlar. Bəlkə növbə də yarandı. Öz film istehsalçılarımız da sakit dayanmasın, sponsor tapıb film çəklişlərinə başlayın. Bundan gözəl təbliğat olarmı? Yüz milyonlar xərcləsən, Qarabağda "əşyaların soyqırımı” filminin yaratdığı effekti almaq olmaz”.

R.Nurullayev Dövlət Turizm Agentliyinə də müraciət edib: "Siz də cənab Prezidentlə məsləhətləşin və aparıcı xarici kanallarda "Qarabağa ziyarət”, "Zəfər yolu”, "Dronların döyüşü” adlı reklam çarxları yerləşdirin, dünya turistlərini çarter reyslərlə Bakıya dəvət edin. Unudun pandemiyanı, öhdəsindən gələrik, amma bu tarixi şansı əlimizdən qaçırmayaq”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR