Logo

Azərbaycana koronavirusun təsirlərini əks etdirən STATİSTİKA - Yüz minlərlə azalma...

Azərbaycana koronavirusun təsirlərini əks etdirən STATİSTİKA - Yüz minlərlə azalma...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Koronavirusun ötən il ərzində ən çox təsir etdiyi sahələrdən biri də turizm sektorudur.

Sərt karantin rejimi səbəbi ilə ölkələrin sərhədlərini bağlaması turizmə əhəmiyətli dərəcədə təsir edib.

Sfera.az ötən il və cari il üçün Azərbaycana gələn turist sayı ilə bağlı araşdırmanı təqdim edir:

2020-2021 Yanvar statistikası: Ötən ilin yanvar ayında hələ virusun tüğyan etmədiyi bir vaxtda ölkəyə 226 164 turist gəlib. Cari ilin yanvarı üçün isə bu rəqəm 36 115 nəfər təşkil edir. 2021-ci ilin yanvarında ölkəmizə ən çox turist Rusiya, Türkiyə, İran və Gürcüstandan gəlib. Regionlar üzrlə liderliyi isə Amerika, Afrika və Cənub Şərqi Asiya ölkələri təşkil edir. Belə ki, ötən ilin yanvarında Amerika-dan Azərbaycana 212 nəfər, Afrikadan 62 nəfər, Cənub Şərqi Asiyadan 135 nəfər gəlib. Sıralama ilə hər üç ölkə üzrə ötən ilin statistikası isə 1391, 611 və 735 nəfər təşkil edir.

2020-2021 Fevral statistikası: Bu ilin fevral ayında ölkəmizə 36 002 turist gəlib. Bu rəqəm keçən il 199 964 nəfər təşkil edirdi. Fevral ayı üçün də ən çox turist keçən il olduğu kimi Rusiyadan gəlib(11708 nəfər). Regionlar üzrə ilk üçlükdə yenə də Amerika, Afrika və Cənub Şərqi Asiya ölkələri dayanır. Bu il fevral ayından Amerikadan 96 nəfər, Afrikadan 45 nəfər, Cənub Şərqi Asiyadan 122 nəfər turist Azərbaycana gəlib. Sıralama ilə hər üç ölkə üzrə ötən ilin statistikası isə 1324, 642  və 592 nəfər təşkil edir. Bu isə özlüyündə turistlərin ölkəyə gəlişində 90 faizdən çox azalma deməkdir.

Sfera.az

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR