Logo

4 günlük iş həftəsi təcrübəsi – Azərbaycanda da mümkündürmü?

4 günlük iş həftəsi təcrübəsi – Azərbaycanda da mümkündürmü?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bu, bir qərarla həll ediləcək asan məsələ deyil”

Bu sözləri Sfera.az-a açıqlamasında  Rusiya hökumətinin  xanımlar üçün 4 günlük iş həftəsinə keçmək niyyətini ortaya qoyması fonunda,  Azərbaycanın da anoloji addım ata bilməsi perspektivinə toxunarkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:

"Əslində pandemiya bu məsələ ilə bağlı prosesi daha da sürətləndirib. Yəni iş yerləri, iş günləri anlayışına yeni hüquqi məfhumlar əlavə etdi.  Getdikcə evdən işləmə, distant iş məsələsi əsas müzakirə trendləri ola bilər. Hazırda dünyada hətta yarım həftəlik işə keçid etməyə cəhd edən ölkələr də var.

Məsələn, Şimali Avropa ölkələrində 3 günlük iş həftəsinin olması istiqamətində təkliflər səslənir.  Bəzi şəhərlərdə hətta bu variantı tətbiq etməyə başlayıblar. Rusiya isə 4 günlük iş həftəsini ilk olaraq qadınlara şamil etmək istəyir”.

Həmsöhbətimizə görə, Azərbaycan da ilkin olaraq xanımlara münasibətdə sözügedən addımı ata bilər. Ancaq ekspert düşünür ki, bunun reallaşması elə də asan məsələ deyil: "Azərbaycanda xanımların çalışdığı sahələr əsasən məktəblər, xəstəxanalardır.  Bunu nəzərə alaraq dərs yükü və xəstəxanalarda iş yükünün bölünməsilə bağlı əlavə qərarların alınmasına ehtiyac yaranacaq”.

N. Cəfərlinin fikrincə, təklifin reallaşmasının mümkünlüyü həm də işə götürənlərə edilən stimullaşdırıcı addımlarla bağlıdır: "Prosesi stimulaşdırmaq üçün işə götürənlərə münasibətdə əlavə stimullaşdırıcı addımlar  atılmalıdır. Çünki 4 günlük iş günülə iş gününün bölünməsi əlavə iş yerlərinin yaranmasına səbəb olacaq. Bu zaman isə işə götürənlər üçün əlavə yük yarana bilər. Bunun olmaması üçün onlara münasibətdə vergi güzəştləri,  sosial müdafiə fonduna ödənişlərdə güzəştləri nəzərdə tutan əlavə təklif paketləri təqdim edilməlidir. Yəni, 4 günlük iş həftəsinə keçmək məsələsinə bu mənada kompleks şəkildə yanaşmalıyıq”.

Ekspert bildirdi ki, bununla bağlı qanunverici baza da təkmilləşməlidir: "Başlanğıcda xanımların 4  günlük iş həftəsinə keçmələri üçün ilk növbədə Azərbaycanda qanunvericilik bazası hazırlanmalıdır. Bunun üçün Əmək Məcəlləsi və təşviq istiqamətində müəyyən dəyişikliklər baş verməlidir. Cari ildə bu istiqamətdə qanunvericilik bazası hazırlansa, gələn ildən başlayaraq xanımlar üçün  4 günlük iş həftəsinə keçmək məsələsini həll etmək mümkün olar”.

Elçin

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR