Logo

"Putin 11 yanvar bəyanatlarının daha sürətli yerinə yetirilməsini istəyir, İrəvan isə..."

"Putin 11 yanvar bəyanatlarının daha sürətli yerinə yetirilməsini istəyir, İrəvan isə..."
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Kremlə həm Bakıdan, həm də İrəvandan şikayətlər gedir. Bakı İrəvanın kommunikasiya xətlərinin açılmasını uzatdığını bildirir, İrəvan isə əsirlərin geri qaytarılmadığını iddia edir”.

Sfera.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, qeyd edilən səbəblərə görə, Rusiya prezidenti Vladimir Putin iki ölkənin lideriylə telefon danışığına ehtiyac duyub:

"Putin telefon danışığında atəşkəsə riayət edilməsindən razı qaldığını bildirərək, 9 noyabr və 11 yanvar bəyanatlarının yerinə yetirilməsinin durumunu tərəfdaşlarıyla müzakirə edib. Bu telefon zənginin iki mənası var. Birincisi, Putin demək istəyir ki, proses onun nəzarəti altındadır, ikincisi tərəflər 9 noyabr və 11 yanvar bəyanatlarının yerinə yetirilməsini sürətləndirməlidirlər”.

Politoloqun sözlərinə görə, bəyanatları yerinə yetirməyən varsa, o da Ermənistandır: "Dağlıq Qarabağda hələ də əli silahlı separatçılar var, İrəvan kommunikasiya xətlərinin açılmasına maraq göstərmir. Bunun nəticəsidir ki, 1 mart tarixinə qədər liderlərin masasına təkliflər paketi təqdim edilməyib”.

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Rusiya Prezidenti eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyanla da telefonla danışıb. Məlumata görə, tərəflər 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarda Dağlıq Qarabağla bağlı əksini tapan müddəaların həyata keçirilməsinin praktik aspektlərini nəzərdən keçiriblər.

Günay

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR