Logo

Qasparyan getdi, Paşinyan qalibdirmi? – Deputat düşmən ölkədəki durumu anladır

Qasparyan getdi, Paşinyan qalibdirmi? – Deputat düşmən ölkədəki durumu anladır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyan baş nazir Nikol Paşinyan tərəfindən istefaya göndərilib.

O, vəzifədən çıxarılmasını belə izah edib: "Mənim mövqeyimdə dəyişiklik yoxdur, işdən azad edilməyimlə bağlı proses konstitusiyaya ziddir. Baş nazirin istefa verməsi və növbədənkənar parlament seçkilərinin keçirilməsi indiki böhran vəziyyətdən çıxmağın yeganə yoludur”.

Maraqlıdır, Qasparyanın istefasından sonra Paşinyan böhrandan çıxa biləcəkmi? Ölkədə sabitliyin təmin edilməsi ehtimalı nə dərəcədə realdır?

Bununla bağlı Milli Məclisin deputatı Azər Badamov Sfera.az-a açıqlama verib. Millət vəkili deyib ki, Baş Qərargah rəisinin istefasına baxmayaraq, Ermənistanda vəziyyət sabitləşməyəcək:

"Ermənistanda xalqı  idarə edə biləcək lider yoxdur. Nə Paşinyan bu işin öhdəsindən gələ bilir, nə də xalq qarşısında müxalifətin etimadı, hörməti var.  Son günlər Ermənistan ictimaiyyətində beynəlxalq təşkilat tərəfindən sorğu aparılıb. Orada müxalifətə göstəriləcək etimad 1-2 faizdən artıq olmayıb. Paşinyana da etimad 30 faizdən aşağı olmurdu. Ancaq tərəddüd edənlərin sayı da kifayət qədərdir. Bu o deməkdir ki, erməni ictimaiyyəti çaşqınlıq içindədir. İnsanları inandıra biləcək, xalqı öz arxasından apara biləcək lider yoxdur. Ona görə də ölkənin taleyi sual altındadır”.

Deputat Paşinyan üçün hələ ki təhlükənin sovuşmadığını deyib: "Nə Paşinyanın qabiliyyəti buna çatır, nə də ayrı bir qabiliyyətli insan yoxdur ki, xalqa ümid versin. Ermənilər özləri tərəddüd içindədirlər. Baxmayaraq ki, müxalifətin köhnə Qarabağ klanının nümayəndələri, rəhbərlikdə olmuş Köçəryan, Sarkisyan revanşist fikirlər səsləndirməklə insanların könlünü almaq istədi. Amma bu, onların xeyrinə olmadı. Ermənistanda bugünkü vəziyyət çox acınacaqlıdır”.

Günay Rəsulqızı

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR