Qanuni oğru “Yaponçik”in qətl sxemi – “Həmişə gəldiyi restoranda...”
Rusiya Baş Prokurorluğu cinayət dairələrində "Yaponçik” ləqəbi ilə tanınan qanuni oğru Vyaçeslav İvankovun 2009-cu ildə törədilən qətlə yetirilməsi ilə bağlı məhkəməyə iddianamə göndərib.
Sfera.az xəbər verr ki, bu barədə martın 12-də şöbənin Telegram kanalında məlumat verilib.
İttiham aktında kriminal avtoritetə qarşı sui-qəsd hazırlığının təfərrüatları təsvir edilir. Qətli təşkil etməkdə qanuni oğru İlya Simoniya (Maho) təqsirli bilinir. Qeyd edilir ki, o, bu cinayəti cinayətkar aləmdə təsir sahələrinin yenidən bölüşdürülməsi məqsədilə törədib.
Simoniya məqsədinə çatmaq üçün bir qrup insanla əlbir olub. Həmin şəxslər bir neçə ay ərzində İvankovun gizli müşahidəsini həyata keçirərək, onun vərdişlərini, əlaqələrini, və hərəkət marşrutlarını müəyyən ediblər. Cinayət ortaqları İvankovun tez-tez "Tayskiy salon” restoranını ziyarət etdiyini öyrənərək atışma üçün həmin restoranın yaxınlığındakı uyğun məkanlardan birini seçiblər.2009-cu ilin 28 iyulunda Kaxa Qazzayev, Murtazi Şadaniya, Nugzar Papava və Cambul Canaşiya restoranın qarşısına gələrək qanuni oğrunu izləməyə başlayıblar. İvankov binadan çıxarkən ona bir "Qazel” yaxınlaşıb və maşında olan Astamur Butba "Yaponçik”ə bir neçə dəfə atəş açıb. Yaponçik oktyabr ayının əvvəlində aldığı yaralardan xəstəxanada dünyasını dəyişib.
Qazzayev, Şadaniya və Canaşiya Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin "j" və "z" maddələri ("Qətl"), həmçinin 222-ci maddəsinin 3-cü hissəsi ("Silah və sursatların qanunsuz dövriyyəsi") ilə ittiham olunur. Hər üçü qabaqlayıcı tədbir olaraq nəzarətə alınıb. İstintaqdan qaçan Simoniya, Papava və Butba isə beynəlxalq axtarışa verilib.
Xatırladaq ki, 2021-ci ilin 19 yanvarında xəbər verilmişdi ki, müstəntiqlər Moskva Cinayət Axtarışı İdarəsinin əməkdaşları ilə birlikdə 2009-cu ildə qanuni oğru Yaponçikə atəş açan qatillərin şəxsiyyətini müəyyən edib.Mənbə: Lenta.ru
Tərcümə: Selcan





