Logo

Putin hakimiyyətdən gedərsə... – Bölgədə və dünyada nələr dəyişəcək?

Putin hakimiyyətdən gedərsə... – Bölgədə və dünyada nələr dəyişəcək?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Rusiya oturuşmuş dövlətdir. Onun başında böyük bir siyasi zümrə, təşkilatlar, dövlət qurumları durur.  Başında kimin dayanmasından asılı olmayaraq Rusiyanın bir dövlət kimi mahiyyəti dəyişməyəcək. Putinin hakimiyyətdən gedişi Rusiyanın qonşularına münasibətini dəyişməyəcək”.

Bu sözləri Sfera.az-a açıqlamasında Rusiyada prezident Vladimir Putinin hakimiyətdən gedəcəyi təqdirdə bunun ölkə və dünya üçün hansı yenilikləri gətirə biləcəyinə toxunarkən politoloq Zərdüşt Əlizadədeyib:

"Düşünürəm ki, Putindən sonra da nə Rusiyanın, nə də dünyanın vəziyyəti pisliyə, yaxud da yaxşılığa doğru heç bir halda dəyişməyəcək. Rusiya istənilən halda regiondakı gücünü və nüfuzunu qoruyub saxlamağa çalışacaq”.

Politoloq Elşən Mirzəoğlu isə hesab edir ki, böyük ehtimalla Putin özünün siyasi varis məsələsini həll edib: "Rusiya nəhəng dövlətlərdəndir. Ona görə də, Putindən sonrakı Rusiyada hadisələrin hansı istiqamətdə gedəcəyi perspektivi tək ölkə elitasını deyil, həm də ümumdünya "məxfi hökuməti”ni düşündürür”.

Elçin

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR