Logo

İsa Qəmbər çağırış etdi: “Yeganə yol peyvənd olunmaqdır”

İsa Qəmbər çağırış etdi: “Yeganə yol peyvənd olunmaqdır”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Pandemiyadan qurtulmağın yeganə yolu kütləvi peyvənd olunmaqdan keçir”.

Sfera.az xəbər verir ki, bu fikir Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, sabiq spiker İsa Qəmbərə məxsusdur. O xatırladıb ki, bir il bundan öncə COVİD-19-un pandemiyaya çevrildiyi elan edilib:

"Ötən müddətdə planetimizdə 118 milyon 470 mindən çox insan bu xəstəliyə yoluxub, 2 milyon 627 mindən çox insan ölüb, 21 milyon 846 mindən çox insan hazırda xəstə sayılır. Azərbaycanda bu günə qədər rəsmi rəqəmlərə görə 237 min 735 yoluxan, 3257 ölən, 4402 aktiv xəstə var”.

Sabiq spiker qeyd edib ki, ölkəmizdə bu virusdan ölənlərin sayı Vətən Müharibəsi şəhidlərinin sayından çoxdur: "Kim nə deyir desin, bu bəladan qurtarmağın yeganə yolu kütləvi peyvənd olunmaqdan keçir. Özünüzü, yaxınlarınızı, xalqımızı, bəşəriyyəti qorumaq üçün maska, sosial məsafə və digər vacib qaydalara əməl etməklə yanaşı, ilk imkanda vaksinlənin”.

Günay

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR