Azərbaycana milyonlarla dollar qazandıran məhsullar
Sfera.az bildirir ki, 2019-cü illə müqayisədə ixrac cəmi 2 milyon dollar və ya 0,26 faiz artıb. Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə ixrac 2018-ci ilə nisbətən 82 milyon dollar, yəni təxminən 12,14 faiz artmışdı.
Azərbaycanın ixrac etdiyi əsas kənd təsərrüfatı məhsulları meyvə, tərəvəz və pambıq mahlıcıdır. 2020-ci ildə 352,9 milyon dollar dəyərində meyvə, 254,8 milyon dollar dəyərində tərəvəz, 131,9 milyon dollar dəyərində pambıq mahlıcı xaricə satılıb.
Digər məhsullardan tütün xammalı ixracı 11,9 milyon dollar, gön-dəri ixracı 8,3 milyon dollar təşkil edib.
2019-cu illə müqayisədə meyvə ixracı azalıb, tərəvəz və pambıq mahlıcı ixracı artıb. Gön-dəri və tütün xammalı ixracında da azalma var.
Azərbaycanın ixrac etdiyi əsas tərəvəz məhsulu pomidor (201,5 milyon dollar) və kartofdur (33,8 milyon dollar). Meyvələr arasında isə əsas paya fındıq (116,335 milyon dollar) və xurma (91,586 milyon dollar) sahibdir.
Vasif
Sfera.az






