Logo

Vahid Ələkbərov 1 həftəyə 1,2 milyard dollar qazandı

Vahid Ələkbərov 1 həftəyə 1,2 milyard dollar qazandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan əsilli rusiyalı iş adamı, "Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov son 1 həftə ərzində 1,2 milyard dollar qazanıb.

Sfera.az xəbər verir ki, martın 1-də iş adamının sərvəti "Bloomberg Billionaires İndex”də 19,1 milyard dollar idisə, hazırda bu məbləğ 20,3 milyard dollara qədər artıb. Fond bazarlarında neftin qiymətinin artması, stabillik və koronavirusa qarşı peyvəndin hazırlanması Ələkbərovun sərvətinin 7 gündə 1,2 milyard dollar artımına səbəb olub.

Xatirladaq ki, 71 yaşlı iş adamı Rusiyanın 5-ci, dünyanın isə 89-ci ən zəngin şəxsidir. Onun prezidenti olduğu "Lukoyl” şirkəti dünya neftinin 2%-ni hasil edir. (Modern.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR