Karantin rejimi ilə bağlı mühüm açıqlama
Sfera.az xəbər verir ki, onun sözlərinə görə, son günlər ərzində COVİD-19-a yoluxma hallarının sayının artmasının əsas səbəblərindən biri karantin qaydalarının yumşaldılması ilə əlaqədar insanlarda yaranan arxayınlıqdır.
İctimai-iaşə müəssisələrinin açılması, insanların toplu halda cəmləşməsi, maskadan istifadənin zəifləməsi də səbəblər sırasındadır:
"Amma digər tərəfdən bir sıra ölkələrdə, o cümlədən Türkiyədə virusun mutasiya olunmuş yeni ştammları yayılır. Bu, COVİD – 19-un məlum ştammından fərqli olaraq, daha sürətlə yayılır. Amma aparılan tədqiqatlar ölkəmizdə hələlik bu ştammın olduğunu göstərmir”.
A.Allahverdiyev bildirib ki, hazırda ölkəmizdə vaksinasiya prosesi uğurla həyata keçirilir. Peyvəndin əhatə dairəsinin getdikcə genişlənməsi də virusun yayılmasının qarşısının alınmasında mühüm rol oynayacaq.(trend.az)






