İsrail-Türkiyə münasibətləri düşmənçilikdən əməkdaşlığa doğru - Bakının vasitəçilik missiyası
"Bakının vasitəçiliyilə Azərbaycan-Türkiyə -İsrail birgə müəssisələri yaradıla bilər. İqtisadi, siyasi və sosial sferalarda Türkiyə və İsrail arasında birgə layihələrin həyata keçirilməsində Azərbaycan da maraqlıdır. Ona görə də problemin tez bir zamanda həllini tapması Bakının istəyinə uyğundur”.
Bunu Sfera.az-a açıqlamasında İsraillə Türkiyə arasında korlanan münasibətlərin normallaşmasında Azərbaycanın rolunu dəyərləndirərkən Milli Məclisin deputatı Razi Nurullayev deyib:
"Türkiyə ilə İsrail arasında bütün sahələrdə, xüsusən də hökumətlərarası münasibətlərin yaxşılaşdırılması Azərbaycanın gündəmində olan məsələdir. Əslində Azərbaycan Təl-Əvivlə Ankaranın münasibətlərinin yaxşılaşması üçün çox işlər görüb və nəticə də əldə edib. Bu gün Türkiyə ilə İsrail arasında əvvəlki gərgin münasibət yoxdur. Bu da məhz Bakının xidmətinin nəticəsidir.
Bakı ayrı-ayrılıqda Türkiyə və İsraillə söhbətlər aparıb və müxtəlif səviyyəli təmaslarında vasitəçi olub. Məhz bu əməkdaşlıq sayəsində Bakı iki ölkə arasında buzların sınmasına nail olub. Yaxın dövrdə Bakının vasitəçiliyilə Təl-Əvivlə Ankara arasında münasibətlər tam olaraq normallaşacaq. Adıçəkilən ölkələrin liderləri səviyyəsində baş rəsmi görüşün baş tutacağına inanıram.Ümid edirəm ki, tezliklə bu da baş verəcək””.
ElçinSfera.az






