Logo

Erməni revanşizmi necə dəfn edilir? – Deputat Prezidentin çıxışının əsas istiqamətləri haqda...

Erməni revanşizmi necə dəfn edilir? – Deputat Prezidentin çıxışının əsas istiqamətləri haqda...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Azərbaycanın atacağı addımlar qarşısında hər hansı bir maneə olmayacaq”.

Bu sözləri Sfera.az-a açıqlamasında yerli və xarici jurnalistlərlə videoformatda görüşü zamanı Prezident İlham Əliyevin Ermənistanda revanşizm və qisasçılıq fikrinə düşənlərə münasibətdə səsləndirdiyi xəbərdarlıq xarakterli açıq mesajını şərh edərkən Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

Həmsöhbətimizin fikrincə, Prezident İlham Əliyevin səsləndirdiyi hər bir fikir ciddi konseptual yükə malikdir:

"Prezident bu sözləri ilə bütövlükdə istənilən mövcud vəziyyətdə meydana gələ biləcək mümkün reallıqlarla bağlı Azərbaycan dövlətinin mövqeyi və davranışını dəqiqliklə ifadə edib. Prezident vurğuladı ki, Ermənistanın əvvəlki və hazırkı hakimiyyətləri yanlış siyasətlərilə ölkələrini daha acınacaqlı duruma salıb. Onu da vurğulayaq ki, Ermənistanda son hadisələr baş verməmişdən öncə Azərbaycan Prezidenti bu ölkədə vəziyyətin mümkün inkişaf ssenarisi barədə fikirlərini səsləndirmişdi”.

Deputat bildirdi ki, bunun özü də Azərbaycan Prezidentinin həqiqətən unikal siyasi təfəkkürə və proqnozlaşdırma bacarığına malik olduğunu bir daha sübut etdi:

"Hadisələrin inkişaf dinamikasını düzgün müəyyənləşdirmək, onun hansı nəticələrə gətirəcəyi barədə aydın təsəvvürlər yaratmaq ən yüksək intelektə malik insan tərəfindən həyata keçirilə bilərdi ki, bunu da Azərbaycan Prezidenti bir daha nümayiş etdirdi. Dövlət başçısı bildirib ki, Azərbaycan yeni reallıqlar formalaşdırıb və ermənilərin bu reallıqla barışmalarını istəyirik. Ermənistanın seçim imkanı yoxdur. 10 noyabr bəyannaməsinin bütün şərtləri həyata keçməlidir. Prezident bununla həm də mesaj verdi ki, Ermənistan kapitulyasiya şərtlərinə əməl etməkdədir. Dövlət başçısının gələcək planlarla bağlı səsləndirdiyi fikirlər dəqiq nəticələr çıxarmağa imkan verir ki, proses Azərbaycanın tam nəzarəti altında inkişaf edəcək”.

E. Mirbəşiroğlu düşünür ki, bundan sonra Azərbaycanın atacağı addımlar qarşısında hər hansı bir maneə olmayacaq:

"Bütün bunlar onu göstərir ki, Azərbaycan qarşısına qoyduğu hədəfləri dəqiqliklə vurmaqdadır, işğaldan azad olunmuş ərazilərimizə yönəlik strategiyanı hər hansı bir ləngimə olmadan həyata keçirməkdədir. Bir sözlə, Ermənistan daxilində hansı vəziyyətin yaranmasından, bu ölkədə revanşist fikirlərin ayaq açması cəhdlərindən asılı olmayaraq, Azərbaycan işğaldan azad olunmuş ərazilərimizlə bağlı bütün planları həyata keçirir və keçirməkdə davam edəcək”.

Elçin
Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR