Daha bir rayonda yollar buz bağladı: Avtomobillərin hərəkəti çətinləşdi
Kateqoriya məlum deyil
Kəskin hava şəraiti ilə əlaqədar Biləsuvar rayonunda avtomobillərin hərəkəti məhdudlaşıb.
Sfera.az-ın məlumatına görə, qarın yağması nəticəsində rayon ərazisindəki avtomobil yolları buz bağlayıb.
Bu səbəbdən nəqliyyat vasitələri aşağı sürətlə hərəkət edir.
Qeyd edək ki, hazırda rayon ərazisində mənfi 4 dərəcə şaxta var, qarlı hava şəraiti davam edir. (Report)






