Logo

“Erməni təsiri altındakı bəzi fondlar...” – Xaricdəki azərbaycanlılar necə ələ alınır?

“Erməni təsiri altındakı bəzi fondlar...” – Xaricdəki azərbaycanlılar necə ələ alınır?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Təəssüf ki, bir sıra hallarda erməni lobbisi ilə Azərbaycandakı bəzi siyasi qüvvələrin fəaliyyətində sinxronluq mövcuddur, biri digərini tamamlayır”.

Bu sözləri Sfera.az-a açıqlamasında "Daşnaksütyun” Partiyasının xaricdəki bəzi azərbaycanlıları müxtəlif vasitələrlə ələ alması iddialarına münasibət bildirərkən Milli Məclisin deputatı Fəzail Ağamalı deyib:

"Erməni diasporu, "Daşnaksütyun” Partiyası beynəlxalq səviyyədə faşist və işğalçılıq siyasətlərini genişləndirmək və ona haqq qazandırmaq üçün ən müxtəlif formlara əl atırlar. Dəfələrlə qeyd etmişik ki, bir sıra hallarda erməni lobbisi ilə Azərbaycandakı bəzi siyasi qüvvələrin fəaliyyətində sinxronluq mövcuddur, biri digərini tamamlayır.

Vaxtilə ölkəmizdə qeyri-hökumət təşkilatı adı altında gizlənən Leyla Yunus kmi insanlar illər boyu erməni təşkilatları, onların bosları tərəfindən maliyyələşiblər. Bəzi siyasi qüvvələr yenə də hansısa bir formada erməni təsiri altındakı fondlar vasitəsilə Azəbaycan siyasilərini ələ almaqla məşğuldur. Məhz onların sifarişilə bəzi siyasi qüvvələr Azərbaycanın zəfərlə başa çatdırdığı müharibənin nəticələrini kölgə altına almağa cəhdlər edir”.

Deputat vətəndaşlarımızı ehtiyatlı olmağa çağırıb: "Ona görə bu məsələdə son dərəcədə ehtiyatlı olmalıyıq. Özlərini mühacir adlandıran bəziləri yenə də ermənilər tərəfindən ələ alınırlar, xüsusən də Fransada.  Belələri milli mənəvi dəyərlərimizə zidd  fikirlərlə cəmiyyətimizi çirkləndirirlər.

Xaricdəki soydaşlarımız da diqqətli olmalıdır ki, ermənilərin təsiri altına düşməsin. Təbii ki, Azərbaycanın xüsusi xidmət orqanları yüksək peşəkarlıqla bu kimi cəhdlərin qarşısını almağa qadirdir. Bu baxımdan rəsmi səviyyədə problem yoxdur.  Əsas olan vətəndaşlarımızın son dərəcədə diqqətli olmasıdır”.

Elçin

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR