Tixanovskaya məğlubiyyətini etiraf etdi: “Lukaşenko rejimi ilə mübarizə...”
Kateqoriya məlum deyil
Tixanovskaya Belarusda hakimiyyət uğrunda mübarizədə məğlub olduğunu etiraf edib.
Sfera.az pravda.ru-ya istinadla xəbər verir ki, Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya respublikada hakimiyyət uğrunda mübarizədə məğlub olduğunu bildirib.
Onun sözlərinə görə, Belarus müxalifəti artıq Aleksandr Lukaşenko rejimi ilə mübarizə aparmaq iqtidarında deyil.
"Biz küçələrdə keçirdiyimiz aksiyalara etirazçılar toplaya bilmirik. Hazırda mənə elə gəlir ki, biz məğlub olmuşuq”, - deyə Tixanovskaya qeyd edib.Tərcümə: Selcan
Sfera.az





