İdxal mallarının qiyməti “od tutub yanır”
Kateqoriya məlum deyil
İdxal edilən malların qiyməti ötən il 22,6 faiz artıb.
Sfera.az rəsmi statistikaya əsasən bildirir ki, 2020-ci ilin dekabrında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 2,7 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 23 faiz, 2020-ci ilin yanvar-dekabr aylarında 2019-cu ilin yanvar-dekabr aylarına nisbətən 22,6 faiz yüksəlib.
İxrac olunan məhsulların qiyməti isə əksinə enib. 2020-ci ilin dekabr ayında ixrac olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 13,3 faiz artıb, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 12,1 faiz, 2020-ci ilin yanvar-dekabr aylarında 2019-cu ilin yanvar-dekabr aylarına nisbətən isə 21,1 faiz azalıb.
Qeyd edək ki, Azərbaycanda satılan malların 35-40 faizi idxal mallarıdır. İdxal mallarının kəskin bahalaşması xüsusən ərzaq məhsullarının bahalaşmasında əsas rol oynayıb.Vasif






